• $
  • €
  • ₽
  • ₺
  • £

AYNA şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qaliblərini müəyyən edib

AYNA şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qaliblərini müəyyən edib
11.08.2026 18:10

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sınıq Körpü, Bakı-Şəki, Bakı-Qusar, Bakı-Xudat, Bərdə-Göyçay, Samux-Gəncə şəhərlərarası, eləcə də Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı) istiqamətində avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.Bu barədə AYNA-dan məlumat verilib.

Bildirlir ki, Bakı-Sınıq Körpü marşrutları üzrə hüquqi şəxslər "Kaspian Ekspress" və "Xan Sarayı" MMC-lər, Bakı-Şəki marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı", Bakı-Qusar marşrutu üzrə hüquqi şəxs "Aliosman Ağasoy" MMC, Bakı-Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, Bərdə-Göyçay marşrutu üzrə fiziki şəxs Bayramov Şəhriyar Hidayət oğlu, Samux (Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı) və Ziyadlı kəndi (Samux) - Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə isə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - xəbərdarlıq
Baku 2015 16:37
Sabah güclü külək əsəcək - xəbərdarlıq
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Baku 2015 15:28
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Baku 2015 16:36
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Baku 2015 11:57
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Baku 2015 16:12
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Sabah yağış yağacaq - proqnoz
Baku 2015 12:27
Sabah yağış yağacaq - proqnoz
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 09:55
Bəzi yerlərə qar yağıb - faktiki hava
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Baku 2015 17:18
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol