• $
  • €
  • ₽
  • ₺
  • £

Akvakultura avadanlıqlarına 2027-ci ildən dövlət güzəşti tətbiq ediləcək

Akvakultura avadanlıqlarına 2027-ci ildən dövlət güzəşti tətbiq ediləcək
05.11.2026 16:15

Balıqçılıq və akvakultura təsərrüfatlarında istifadə olunan bir sıra avadanlıqlara 2027-ci ilin yanvarından dövlət güzəştlərinin tətbiqi nəzərdə tutulur. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Elnur Musayev bildirib.

Onun sözlərinə görə, güzəşt siyahısına qapalı su dövriyyəsi sistemləri (RAS), aeratorlar, oksigen generatorları, filtrasiya və dezinfeksiya avadanlıqları, su nasosları, isitmə-soyutma qurğuları, qəfəs sistemləri, yemləmə avadanlıqları, kürü inkubatorları və digər texnologiyalar daxildir.

Mövcud mexanizmə əsasən, texnikanın gömrük bəyannaməsi dəyərinin 40 faizi dövlət tərəfindən əvəzsiz qarşılanır, qalan hissə üzrə faizsiz kredit verilir. Kredit faizlərini dövlət ödəyir, fermer isə ən azı 20 faiz ilkin ödəniş edir.

Musayev qeyd edib ki, güzəştlər intensiv və suya qənaət edən texnologiyalara keçidi, yerli balıq körpəsi istehsalını və idxaldan asılılığın azaldılmasını təşviq edəcək.

Agentliyin sədr müavini məhsul subsidiyalarına da toxunaraq bildirib ki, yerli qızılbalıqkimilər və nərəkimilərin hər tonuna 2 000 manat, çəkikimilər və naxakimilərin hər tonuna isə 600 manat subsidiya veriləcək.

Subsidiyadan yararlanmaq üçün təsərrüfatlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərək müraciət etməlidirlər. Ödənişlər yoxlamalardan sonra həyata keçiriləcək.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - xəbərdarlıq
Baku 2015 16:37
Sabah güclü külək əsəcək - xəbərdarlıq
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Baku 2015 15:28
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Baku 2015 16:36
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Baku 2015 11:57
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Baku 2015 16:12
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Sabah yağış yağacaq - proqnoz
Baku 2015 12:27
Sabah yağış yağacaq - proqnoz
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 09:55
Bəzi yerlərə qar yağıb - faktiki hava
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Baku 2015 17:18
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol