• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı 2015 İlk Avropa Oyunları" üçün Bakıda dünyanın ən möhtəşəm Olimpiya kəndlərindən biri tikiləcək

"Bakı 2015 İlk Avropa Oyunları" üçün Bakıda dünyanın ən möhtəşəm Olimpiya kəndlərindən biri tikiləcək
29.05.2020 10:57
"Bakı 2015 İlk Avropa Oyunları" layihəsi çərçivəsində Bakıda dünyanın ən gözəl Olimpiya kəndlərindən biri tikiləcək. Bu barədə cümə axşamı Trend-ə "Bakı Avropa Oyunları 2015"in Əməliyyat Komitəsinin icraçı direktoru Cim Şerr bildirib.Onun sözlərinə görə, Bakıdakı Olimpiya kəndi füsunkar infrastruktura malik olacaq. C. Şerr qeyd edib ki, Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində bütün obyektlər ən yüksək tələblərə cavab verəcək və yüksək keyfiyyəti ilə seçiləcək.C. Şerr vurğulayıb ki, "Bakı 2015"in Əməliyyat Komitəsi Oyunların keçirilməsi üçün bütün hazırlıq tədbirləri üzərində nəzarəti həyata keçirir: "Bunların sırasında mövcud obyektlərin bərpası, yeni obyektlərin tikintisi, nəqliyyat infrastrukturunun yenilənməsi, həmçinin obyektlərin tam hazır vəziyyətə gətirilməsi var".İcraçı direktor bildirib: "Bir sıra işlər artıq başa çatdırılıb. Nəzərə alsaq ki, ehtiyatımızda daha iki il yarım müddət var, növbəti 3-4 ayda bu işlərin kifayət qədər böyük hissəsinin yerinə yetirilməsinin şahidi olacaqsınız".C. Şerr qeyd edib ki, Bakı 2015 İlk Avropa Oyunları başlananadək yarışların təşkili, qonaqların Azərbaycan paytaxtında qəbul olunması, həmçinin xidmətlərin göstərilməsi ən yüksək səviyyəyə çatdırılacaq.İcraçı direktor deyib: "Təbii ki, həyata keçiriləsi işlər hələ çoxdur və bu səbəbdən işlər gərgin qrafik üzrə gedir. Nəzərə alsaq ki, yarışlara o qədər də çox vaxt qalmayıb, təbii ki, biz işləri sürətli tempdə davam etdirəcəyik".7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 49 Milli Olimpiya Komitəsinin nümayəndələri gizli səsvermə yolu ilə Bakı şəhərini əksər səs çoxluğu ilə 2015-ci ildə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edən şəhər qismində seçiblər. Bakı 2015 İlk Avropa Oyunları haqqında daha ətraflı məlumatı www.baku2015.com rəsmi internet saytından, həmçinin "Facebook", "Twitter", "YouTube" və "Google+"da əldə etmək mümkündür.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - xəbərdarlıq
Baku 2015 16:37
Sabah güclü külək əsəcək - xəbərdarlıq
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Baku 2015 15:28
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Baku 2015 16:36
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Baku 2015 11:57
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Baku 2015 16:12
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Sabah yağış yağacaq - proqnoz
Baku 2015 12:27
Sabah yağış yağacaq - proqnoz
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 09:55
Bəzi yerlərə qar yağıb - faktiki hava
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Baku 2015 17:18
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol