• $
  • €
  • ₽
  • ₺
  • £

I Avropa Oyunlarının tarixi və idman növlərinin ilkin siyahısı açıqlanıb

I Avropa Oyunlarının tarixi və idman növlərinin ilkin siyahısı açıqlanıb
29.05.2020 10:20
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında idman növlərinin ilkin siyahısı və yarışların keçirilmə tarixi açıqlanıb.Bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.Nazir “Bakı-2015, Avropa Oyunları” Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının ilk görüşünün yekununa həsr olunmuş mətbuat konfransında bildirib ki, iyunun 12-28-də baş tutacaq ilk Avropa Oyunlarda 19 növ üzrə 6351 idmançı qüvvəsini sınayacaq.Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma – 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika – 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (350) növləridir. Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun sözlərinə görə, bu, hələlik yekun siyahı deyil.Nazirin sözlərinə görə, hazırda siyahının tamamlanması üçün danışıqların son mərhələsi gedir: “Atletika və boksla bağlı hələ tam qərar verməmişik. Amma müsbət nəticələr əldə olunacağını gözləyirik. Dəyişiklik olduqca, məlumat verəcəyik. Əlavə idman növlərini daxil etmək baxımından Bakının da imkanlarını nəzərə almalıyıq”.İdman növlərindən yalnız kanoe yarışları Bakıdan kənarda – Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq. Nazirin sözlərinə görə, komissiya üzvləri həmin idman qurğusu ilə tanış olub və çox bəyəniblər.İdman növlərindən çimərlik futbolu, 3X3 və karate qeyri-olimpiya, qalanları isə olimpiya təmayüllüdür. Bir neçə federasiya yarışların lisenziya xarakteri daşıyacağını bildirib. Avropa Oyunlarına təsnifat yarışları isə sonradan müəyyənləşdiriləcək. Hər hansı ölkənin təsnifatdan keçmiş idmançıları olmasa, onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcək. Yarışlara ev sahibliyi edən dövlət isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir.Azad Rəhimov hazırda əksər növlər üzrə yığma komandalarımızın formalaşdırıldığını bildirib. O, yalnız triatlon idman növünün Azərbaycanda mövcud olmadığını deyib: “Bu növ üzrə də çox vacib addımlar atmalıyıq. Triatlon üzgüçülük, velosiped idmanı və qaçışdan ibarətdir. Digər idman növləri üzrə yığmalarımız da var, bəzilərində yüksək nəticələrimiz də. Elə kamandan oxatma üzrə komandamız da formalaşır, onlar iştirak etdikləri son yarışlarda nəticələrini yaxşılaşdırıblar. Basketbol Azərbaycanda yaxşı inkişaf yolu keçib, bu növə də ümidlərimiz çoxdur. Velosiped növündə böyük inkişaf müşahidə olunur. İlk dəfə “Tur dAzerbaidjan” yarışı keçirilir. Stolüstü tennisdə yığmamız zəifdir, bu növə daha çox fikir verməliyik. Atletikanın bəzi növlərində də nəticələr göstərsəydik, yaxşı olardı”. Apasport.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - xəbərdarlıq
Baku 2015 16:37
Sabah güclü külək əsəcək - xəbərdarlıq
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Baku 2015 15:28
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Baku 2015 16:36
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Baku 2015 11:57
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Baku 2015 16:12
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Sabah yağış yağacaq - proqnoz
Baku 2015 12:27
Sabah yağış yağacaq - proqnoz
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 09:55
Bəzi yerlərə qar yağıb - faktiki hava
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Baku 2015 17:18
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol