• $
  • €
  • ₽
  • ₺
  • £

"I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan olunub

"I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan olunub
13.02.2013 15:50
I Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunlarla bağlı loqosun, medalların və məşəlin dizaynlarının müəyyənləşdirilməsi üçün müsabiqə elan edib. I Avropa Olimpiya Komitəsinin Təşkilat Komitəsindən verilən məlumata görə, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar kimi fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər və təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud dizaynların elementlərini təkrarlamayan nümunələr təqdim edilməlidir. Təqdim olunan işlər və ərizə forması fevralın 23-ə kimi elektron formada həm müsabiqənin [email protected]/* */ elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir. Müsabiqədə I yerə layiq görülənlərə 5000, II yerə layiq görülənlərə (laureat) 3000, III yerə layiq görülənlərə (laureat) 2000 manat mükafat veriləcək. Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin 8 dekabr 2012-ci il tarixində Romada keçirilən Baş Assambleyasında I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərar qəbul edilib. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - xəbərdarlıq
Baku 2015 16:37
Sabah güclü külək əsəcək - xəbərdarlıq
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Baku 2015 15:28
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Baku 2015 16:36
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Baku 2015 11:57
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Baku 2015 16:12
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Sabah yağış yağacaq - proqnoz
Baku 2015 12:27
Sabah yağış yağacaq - proqnoz
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 09:55
Bəzi yerlərə qar yağıb - faktiki hava
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Baku 2015 17:18
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol