• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı-2015”də dindarlar üçün xüsusi məkan

“Bakı-2015”də dindarlar üçün xüsusi məkan
08.05.2015 23:25
"I Avropa Oyunlarında iştirak edəcək dindar idmançılar, məşqçilər və onlarla birgə gələn digər qonaqlara dini ayinlərin icrası üçün hər cür şərait yaradılacaq”.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri bildirib ki, Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) I Avropa Oyunlarında iştirak edəcək idmançılar, məşqçilər və onlarla birgə gələn digər qonaqlar üçün "Atletlər kəndi”ndə xüsusi yer ayırıb. Həmin yerdə müsəlmanlar, yəhudilər və xristianların, eləcə də digər dinlərin nümayəndələrinin ibadət etməsi üçün tam şərait yaradılıb: "Avropa Oyunlarına gələn dindar idmançılar və digərləri dini ayinlərini icra etmək üçün yarışlara gəlməzdən əvvəl bu istəyini təşkilatçılara bildirməlidirlər.

Bunun üçün artıq xüsusi sistem və siyahı müəyyənləşdirilir. Hazırda bu sistemin əsasında bütün dini konfessiyalar, hətta lokal dinlər də nəzərə alınmaqla "Atletlər kəndi”ndə mütəxəssislər işləyirlər. Bu məqsədlə Dövlət Komitəsindən xüsusi qrup ora ezam olunub. Bundan əlavə, ayrı-ayrı dini icmalarla da danışıqlar aparılıb. Onların nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına gələcək idmançılar, məşqçilər və s. şəxslərə öz dini ayinlərini icra etmək üçün hər cür şərait yaradılacaq”.

M.Qurbanlı əlavə edib ki, Avropa Oyunlarında yarışları izləməyə gələn digər qonaqlara və turistlərə gəlincə, Bakıda kifayət qədər məscid, kilsə və sinaqoq olduğundan onlar ibadətlərini və dini ayinlərini istədikləri yerdə rahat icra etmək imkanına malik olacaqlar.

DQİDK sədri, həmçinin qeyd edib ki, yaranmış fürsətdən istifadə edərək Avropa Oyunları zamanı Azərbaycanın multikultural ənənələrinin, dəyərlərinin, dini tolerantlıq nümunəsinin təbliği məqsədilə ölkəmizə gələn xarici idmançılara, qonaqlara, turistlərə broşürlər paylanacaq, onlar bu barədə ətraflı məlumat veriləcək:

"Bu vasitə ilə Azərbaycanda dini dözümlülüyün mövcudluğu, bütün dini konfessiyaların birgə və bərabər şəkildə fəaliyyət göstərdiyi paytaxtımıza gələnlərin diqqətinə çatdırılacaq”.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - xəbərdarlıq
Baku 2015 16:37
Sabah güclü külək əsəcək - xəbərdarlıq
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Baku 2015 15:28
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Baku 2015 13:03
DİN və ETSN birgə əməliyyat keçirdi - 150 illik ağacları kəsənlər tutuldu
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Baku 2015 16:36
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Baku 2015 11:57
Azərbaycanda yağışlı və küləkli hava davam edir, dağlara qar yağıb
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Baku 2015 16:12
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Sabah yağış yağacaq - proqnoz
Baku 2015 12:27
Sabah yağış yağacaq - proqnoz
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 09:55
Bəzi yerlərə qar yağıb - faktiki hava
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Baku 2015 17:18
Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol