• $
  • €
  • ₽
  • ₺
  • £

İbrahim Nehrəmlidən 1,5 milyon manat vergi borcu tutuldu

İbrahim Nehrəmlidən 1,5 milyon manat vergi borcu tutuldu
12.10.2015 12:57
 "Avesta” Konserni ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti arasında məhkəmə çəkişməsi davam edir.

"Report”un xəbərinə görə, Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

"Avesta” Konserninin sahibi İbrahim Nehrəmli "Report”a açıqlamasında məlumatı təsdiqləyib. O, vergi borcunun "Khazar İslands” layihəsi ilə bağlı olduğunu deyib: "Həmin layihə çərçivəsində biz 500 hektar su altında olan torpaqların 37 hektarını doldurmuşuq. Həmin 37 hektar torpaq artıq su altından çıxıb. İstifadəli sahə olduğu üçün buna vergi vermək qanunda göstərilib. Lakin su altında olan torpaqlara vergi düşmür. Lakin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti su altında olan torpaqlara görə də bizdən vergi tutub. Biz də onları məhkəməyə vermişik. Burada sadəcə anlaşılmazlıq olub. Məhkəmə bunu həll edəcək. Dediyim kimi, vergi qanunvericiliyinə əsasən, su altında olan torpaqlara vergi tutulmur. Biz bunu əsas götürərək nazirliyin departamentini məhkəməyə vermişik. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti bizim şirkətdən 3 il ərzində 1 milyon 500 min manat pul tutub. Biz də onlara dedik ki, bu yalan olar, burada vergi məbləği 100 min manat olmalıdır. 1,4 milyon pul isə artıq ödəmədir. Həmin pulları başqa borclarımıza yönəldəcəyik”.

Xatırladaq ki, "Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyinin Bakı Vergilər Departamentini məhkəməyə verib. Şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol