• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” media nümayəndələri üçün təlim təşkil etdi - FOTOLAR

“Nar” media nümayəndələri üçün təlim təşkil etdi - FOTOLAR
13.05.2016 10:11
May ayının 12-də "Nar” media nümayəndələri üçün "Mobil rabitənin əsasları” mövzusunda təlim təşkil etdi.
 
Təlimə qatılan jurnalistlər, bloqqerlər və ictimaiyyət nümayəndələri mobil şəbəkənin fəaliyyəti, mobil internetin əsasları, 2G, 3G və 4G rabitə texnologiyaları haqqında nəzəri və təcrübi biliklər əldə etdilər.
 

 

"Mobil Rabitənin Əsasları” təlimi "Nar”-ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyət tərəfindən keçirildi. Təlim zamanı media nümayəndələrinə yüksəkkeyfiyyətli "Nar” şəbəkəsi haqqında məlumat verilməklə yanaşı baza stansiyaları ilə də əyani surətdə tanış olmaq fürsəti təqdim edildi.

 

 

 

Texniki şöbənin əməkdaşları müxtəlif şəbəkə sınaqları keçirərək, texniki avadanlıqların yüksək fəaliyyətini nümayiş etdirdilər. Yeni 4G avadanlıqlarının iş prinsipi təlim iştirakçılarının böyük marağına səbəb oldu. İştirakçılara mobil texnologiyanın gələcək inkişaf perspektivləri haqqında ətraflı məlumat verilməklə yanaşı "Nar” şəbəkəsinin qurulması və yenilənməsi zamanı ən son texnologiyadan istifadə edilməsi haqqında məlumat təqdim edildi.

 

 

 

Təlimdə "Nar” şəbəkəsinin son 2 il ərzində 2 dəfədən çox artması və 5600-dən artıq baza stansiyadan ibarət dayanıqlı şəbəkənin abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməsi vurğulandı. Sonda, təlim iştirakçıları "Mobil Rabitənin Əsasları” təlimində uğurla iştirak etdikləri barədə sertifikatlarla təltif olundular.

 

 

 

 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol