• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyarderin yaxtası birinci oldu – FOTO

Azərbaycanlı milyarderin yaxtası birinci oldu – FOTO
18.05.2017 17:40
Milyarderlər Əlişir Usmanov və Vahid Ələkbərovun yaxtaları ümumdünya "World Superyacht Awards 2017” mükafatçılarının sırasına daxil olub.

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, müsabiqənin nəticələri bu günlərdə Florensiyada elan edilib.

Azərbaycanlı iş adamı, Rusiyanın "LUKoil” neft şirkətinin rəhbəri Vahid Ələkbərova məxsus "Galactica Super Nova” yaxtası uzunluğu 50 metrdən yuxarı olan mühərrikli yaxtalar arasında birinci yeri tutub.

"İlin yaxtası” mükafatı isə Əlişir Usmanovun "Dilbər” yaxtasına verilib. "USM Holding”in rəhbərinin su nəqliyyatının tayı-bərabəri olmayıb. "World Superyacht Awards” mükafatının təsisçilərinin yekdil fikrinə görə, Usmanovun yaxtası tarix boyunca mövcud olmuş ən gözəl yaxtadır.

"Yaxtanın daxili gözəlliyi, onun interyerindəki nadir materiallardan istifadə olunaraq hazırlanmış elementlər və eyni zamanda, yaxtanın daxilində mövcud olan 180 kubmetrlik hovuz adamı təəccübləndirməyə bilməz. Bu yaxta ən layiqli qalibdir”, - mükafatın təsisçiləri bildirir.

Ekspertlərin fikrincə, uzunluğu 157 metr olan 15,917 ton tutumlu "Dilbər” yaxtasının təxmini dəyəri 600 milyon dollardır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol