• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlilabadda evlərə girən, əhalini qorxudan şəxslər KİMDİR?

Cəlilabadda evlərə girən, əhalini qorxudan şəxslər KİMDİR?
29.05.2020 07:11
Son günlər Cəlilabad rayonunu Alar kəndində baş verən qəribə hadisələr kənd sakinlərini təngə gətirib. Belə ki, kənd ərazisində peyda olan 2 əcnəbi şəxs sabitliyi pozmaqda davam edir. Onlar evlərər girir, ətrafı dağıdır, uşaqları qorxudur, qəbristanlığı yandırır və s. qəribə hərəkətlər edirlər.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunsa da, Cəlilabad RPŞ həmin şəxslərin kənddə yaşayan iki yeniyetmə olduğunu bildirib, onlarla profilaktik söhbətlər aparıldıqdan sonra sərbəst buraxıldıqlarını qeyd edib.

Lakin kənd sakinlər iddia edir ki, hadisələri törədən şəxslər həmin yeniyetmələr deyil. Onlar son 1 həftədə peyda olub və kəndin yerli camaatı ilə heç bir əlaqələri yoxdur.

Femida.az məsələni kənd sakinlərindən öyrənməyə çalışıb. Alar kənd sakini Coşqun Mustafayev saytımıza məsələnin təfərrüatını şərh edib:

"Bu şəxslər evlərə girilər. Qəribəsi də odur ki, evlərdən heçnə oğurlamırlar. Sadəcə insanları qorxudurlar, yemək istəyirlər. Onları tutmaq istəyəndə isə göz qırpımında yoxa çıxırlar. Barələrində kənd camaatı polisə şikayət etdi. Bir neçə gün öncə polis onları tutdu. Onlar isə bildiriblər ki, Gəncədən gəliblər, qayıdacaqlar. Polis də sərbəst buraxıb. Lakin heç yerə getməyiblər, yenə kənddəki əməllərinə davam edirlər.

Onu da qeyd edim ki, onlar kəndin öz sakinləri deyil, yarımtikililərdə, xarbalıqlarda qalırlar. Təxminən bir həftədir ki, bu şəxslər kənddə peyda olub. Evləri daşlayırlar, son olaraq kənd qəbristanlığını yandırdılar. Adətən əməllərini axşam saatlarında törədirlər. Çox sürətli hərəkət edirlər, ucaboydurlar, onları tutmaq olmur, üz quruluşları qəribədir, normal adama oxşamırlar. Azərbaycan dilində də yaxşı danışa bilmirlər. Biz onların Suriyadan gəldiyindən şübhələnirik.

Kənd camaatı çox narahatdır. Xüsusilə də uşaqlar çox qorxurlar”.

C.Mustafayevin sözlərinə görə, ötən günlərdə onlardan biri gecə kənd sakinini evinə girib, ev sahibi onları görəndə qaçmağa çalışıblar. HAsardan tullananda şəxslərdən biri yıxılıb və ayağı sınıb. Saha sonra sakinlər xəstəxanada həmin şəxsin fotosunu çəkiblər:


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol