• $
  • €
  • ₽
  • ₺
  • £

Bu bitki müqəddəs bağlarda yetişdirilib, mumiyalara vurulurdu...

Bu bitki müqəddəs bağlarda yetişdirilib, mumiyalara vurulurdu...
29.05.2020 01:25
Vaxtilə lavanda bitkisi ticari, mədəni və dini əhəmiyyət daşıyırdı. Qədim misirlilər onu müqəddəs Fiva bağlarında yetişdirirdi. Misirdə mumiyaların balzamlanmasında istifadə edilən maddənin əsas komponentlərindən biri də lavanda olub. Keçən əsrin 20-ci illərində Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılıb. Deməli, lavanda min illər boyu öz ətrini saxlaya bilir.

Anews.az AzərTac-a xəbər verir ki, gözəl ətrinə və dadına görə lavanda qədim zamanlardan tanınırdı. Qədim romalılar bitkidən suyu ətirləndirmək üçün istifadə edirdilər. Latınca "lavare” yuyunmaq deməkdir, lavandanın adı da elə həmin sözdən götürülüb. Orta əsrlərdə lavanda həm ədviyyat, həm də dərman bitkisi kimi çox yüksək qiymətləndirilirdi. Onu qurudaraq digər ətirli bitkilərə qarışdırıb kiçik kisəciklərə doldurur, kisəciklərin ağzı tikilir və quru yerdə saxlanılırdı. Ətirli kisəciklərdən ağrılı nahiyəyə qoymaq üçün və miqren xəstəliyi zamanı geniş istifadə edilirdi. Lavanda parazit cücüləri, milçəkləri və s. qovmaq üçün şkaflara və ipək parçaların arasına səpilirdi.

Onu əsasən iki məqsədlə- ədviyyat kimi və efir yağlarının alınması üçün yetişdirirdilər. Lavandadan ən çox Fransada efir yağı istehsal edilir və il ərzində ondan 60-70 ton efir yağı alınır. Distillə yolu ilə alınan efir yağından tibb, kosmetologiya və ətriyyat sahəsində istifadə edilir. Lavanda spirti antiseptik vasitə kimi bəzi məlhəmlərin tərkibinə daxildir. Bunlardan əlavə lavanda ədviyyat bitkisi kimi italyan, fransız və ispan kulinariyasında, xüsusilə ətli yeməklərin hazırlanmasında geniş tətbiq edilir. Onun ətrini daha da gücləndirmək üçün şüyüd və adaçayı ilə birlikdə istifadə edirlər.

Fransada bitki diuretik, Avstriyada sakitləşdirici kimi tətbiq olunur. Bolqarıstanda bitkinin çiçəklərindən sinir və həzm sistemi xəstəliklərində, Polşada isə dəmləməsindən orta qulağın iltihabı (otit) zamanı istifadə edirlər.

Revmatizm xəstəliyinin, taxikardiya və miqren tutmaları zamanı lavanda yağı spirtdə həll olunaraq qəbul edilir. Lavanda qrip xəstəliyi zamanı müsbət təsir göstərir, oyanıqlığı azaldır, yuxusuzluğun, isterik reaksiyaların qarşısını alır, istənilən dəriyə müsbət təsir göstərir. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır, iltihab əleyhinə təsirinə görə sistit, uretrit və vaginitlərin müalicəsində istifadə edilir, şlakları orqanizmdən xaric edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol