• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır

Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
29.05.2020 00:20
Zamirə Hacıyevanın oğurladıqları üzə çıxdıqdan sonra İngiltərədə daxili işlər nazirinin rəhbərliyi ilə Azərbaycandan gələn pul vəsaitlərini araşdırmaq üçün qrup fəaliyyətə başlayır; Anar Məmmədov bu ölkədə ən çox varidatı olan azərbaycanlı hesab olunur
 
Bu barədə "Report” "Deutsche Welle”yə istinadən xəbər verir.

Qrupa maliyyə naziri Filip Hammond və daxili işlər naziri Sacid Cavid rəhbərlik edəcək. "Santander”, "Lloyds” və "Barclays” banklarının nümayəndələri isə qrupun tərkibində yer alacaq.

S.Cavidin sözlərinə görə, rəsmi London korrupsiyaya qurşanmış fırıldaqçılara qarşı bütün cəbhələrdə addımlar atmaq niyyətindədir. Yeni antikorrupsiya strukturu əsasən Rusiyadan, MDB ölkələrindən, Nigeriyadan və Asiya ölkələrindən gələn pul vəsaitlərinə diqqət yetirəcək.

Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, ölkədə hər il ümumi dəyəri 14,4 milyard funt sterlinqə bərabər olan iqtisadi cinayətlər törədilir.

İngiltərə bir neçə il bundan əvvələdək oliqarxlar üçün cənnət sayılırdı və bu ölkəyə yönləndirilən pulların mənbələri ilə rəsmi London maraqlanmırdı. Amma dünyada çirkli pulların yuyulmasına göz yuman ölkə kimi tanınması Britaniyanı narahat etməyə başladı. Məlumdur ki, Britaniyada Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevaya qarşı vəsaitlərin mənimsənməsi ittihamı üzrə iki cinayət işi qaldırıblar. Ev dustağı edilən xanım Hacıyevanın dəyəri milyonlarla funt-sterlinqlə ölçülən əmlaklarına həbs qoyulub. Qərardan da göründüyü kimi, Britaniya hökuməti adları korrupsiyada hallanan əcnəbilərin, eləcə də Azərbaycandan bu və ya digər səbəbdən qaçmış digər oliqarxların yaxasını buraxmaq fikrində deyil.


Londonda  bəzi azərbaycanlı oliqarxların və iş adamlarının dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Amma məlumatlara görə, onlar arasında ən çox varidatı olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin ("National Crime Agency”) yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda deyilirdi ki, sabiq MTN şefi Eldar Mahmudovla oğlu Anar Mahmudovun, eləcə də sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Londonda mənbəyi şübhəli olan əmlakları var.

Britaniyada Məmmədovların "BROOKWOOD INTERNATIONAL lIMITED” şirkəti olduğu rəsmi mənbələrlə təsdiqlənmiş məlumatdır. Şirkətin təsisçisi və direktoru A.Məmmədovdur. Şirkətin yerləşdiyi özəl mülkiyyət isə A.Məmmədov tərəfindən hələ bir neçə il bundan əvvəl 2 milyon 700 min funt sterlinqə alınıb. Bir il əvvəl isə Məmmədovlar bu malikanəni 9 milyon 500 min funta satışa çıxarmışdılar. Malikanənin yerləşdiyi küçə Londonun bahalı ərazilərindən hesab olunur. Malikanənin satılıb-satılmadığı məlum deyil. Bilinən həm də budur ki, Məmmədovların rusiyalı və səudiyyəli oliqarxlarla Britaniyada şərikli daha bir neçə şirkətləri var. 


Londonun mərkəzində tikilmiş çox bahalı "One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri Anar Məmmədovdur. Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır.

Tanınmış vəkil Əkrəm Həsənov hələ bir müddət əvvəl yerli mediaya açıqlamasında demişdi ki, "Britaniya yaxın vaxtlarda sabiq spiker Rəsul Quliyevin və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmlakına da həbs qoymaq niyyətindədir”. Güman ki, yeni yaradılacaq qrupun "qara siyahısı”na varidatının mənbəyi şübhəli olan bir neçə azərbaycanlı oliqarxın adı da salınıb. Bu sırada isə Məmmədovların başda olacağı gözləniləndir.  Yada salaq ki, A.Məmmədov iki ildən çoxdur ki, Azərbaycanı tərk edib və Bakıya hələ də bilinməyən səbəblərdən qayıtmır.

"Yeni Müsavat”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox