• $
  • €
  • ₽
  • ₺
  • £

Karantindən sonra restoranlar necə işləyəcək? - QAYDA

Karantindən sonra restoranlar necə işləyəcək? - QAYDA
29.05.2020 01:18
Azərbaycanda yumşaldılmış karantin rejimində fəaliyyətinin bərpa olunması gözlənilən restoran, kafe və digər ictimai iaşə müəssisələrində masalar arası məsafə 1,5 metrdən çox olmalıdır.
 
Pravda.az-ın xəbərinə görə, bu müəssisələrdə işçi heyət təmiz iş geyimi, əlcək, baş örtükləri və digər gigiyenik vasitələrlə təmin olunmalıdır. İşə başlamazdan əvvəl, iş prosesində, qida məhsulları, avadanlıqlar, qab-qacaq və dəsmallarla təmasdan öncə əməkdaşların əllərinin təmiz yuyulması və qurudulmasına nəzarət edilməlidir. Həmçinin dırnaqların mütəmadi olaraq kəsilmiş və təmiz olması, dırnaqlarda boya olmaması vacib amillərdəndir.
 
Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Bundan başqa işçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir.
 
Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklərdən istifadə edilməlidir. Qabların yuyulması zamanı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş rezin əlcəklərdən istifadə vacibdir. Əlcəklər çirkləndikdə və zədələndikdə, həmçinin iş növbələri arasında dəyişdirilməlidir.
 
İctimai iaşə əməkdaşlarının əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməlidir. Bu şəxslər yalnız tibbi müayinə keçdikdən sonra işə buraxıla bilər;
Boyunbağı, sırğa, bilərzik kimi aksessuarlardan istifadə arzuolunmazdır.
Dırnaqlarda çirk və mikroblar infeksiyaların yayılmasına səbəb olur. Dırnaqlar qısa olmalı, tez-tez kəsilməli, arası su və sabunla təmiz yuyulmalıdır.
 
İctimai iaşə müəssisələri axar isti və soyuq su təchizatı, birdəfəlik istifadə üçün salfetlərlə və ya hava əlqurudanlarla, yetərli sayda tibbi maskalar və əlcəklərlə, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalarla təmin edilməlidir. Bu tullantıların müvafiq qaydada məhv edilməsi də iaşə müəssisələrinin vəzifələri arasındadır. Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılması, qida qəbulu zallarında həm yemək masaları, həm də oturacaq yerləri arasındakı məsafənin 1.5 metr olması təmin edilməlidir.
 
Təmizləmə zamanı görüləcək işlər:
 
1. İlk öncə səthləri sintetik yuyucu vasitələr və ilıq su ilə yuyun
 
2. Təmiz və ya içməli su ilə durulayın
 
3. Təmiz dəsmalla qurulayın.
 
Ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassanın fəaliyyət göstərməsi, həmçinin kassaların qarşısında növbədə duran insanların bir-birlərindən 2 metrlik məsafədə dayanmaları təmin edilməlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Texniki reqlamentlərə uyğunluq idxal zamanı avtomatik yoxlanılacaq
Cəmiyyət 12:49
Texniki reqlamentlərə uyğunluq idxal zamanı avtomatik yoxlanılacaq
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol