• $
  • €
  • ₽
  • ₺
  • £

Həkim: "Dünəndən Bəhram Bağırzadənin bədən hərarəti yüksəlib"

Həkim: "Dünəndən Bəhram Bağırzadənin bədən hərarəti yüksəlib"
21.07.2020 17:03
"Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Huşu aydındır, son bir həftə ərzində artıq spontan tənəffüsdədir".

Anews.az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
O bildirib ki, əməkdar artist palata və reanimasiya şöbəsinin dəhlizində yeriyir: "Hətta artıq telefondan istifadə edir. Bununla belə bizi narahat edən bir məqam var ki, o da dünəndən bədən hərarətinin yüksəlməsidir. Bunu nəzərə alaraq aparılan müalicəyə əlavələr edilib”.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. İyulun 2-də ECMO-dan ayrılıb.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol