• $
  • €
  • ₽
  • ₺
  • £

"İdeal"ın bank hesablarına həbs qoyuldu - FOTOFAKT

"İdeal"ın bank hesablarına həbs qoyuldu - FOTOFAKT
23.07.2020 09:44
Azərbaycanın kosmetika ticarəti bazarının əsas oyunçularından olan «İdeal» mağazalar şəbəkəsinin bank hesablarına həbs qoyulub.

Anews.az fed.az-a istinadən xəbər verir ki, hesablara həbs qoyulması «İdeal»ın keçmiş sahibi, iş adamı İlqar İsmayılovun məhkəmə iddiası nəticəsində baş verib. İ.İsmayılov bildirir ki, satış şəbəkəsi ondan «Premium bank» rəhbərliyi tərəfindən şantaj yolu ilə qanunsuz şəkildə alınıb.

İ.İsmayılov «İdeal» şirkətinin hüquqi varisı olan «Adore» MMC-ni bir neçə maddə ilə məhkəməyə verib və dividend tələbi iddiasına görə, «Adore» MMC nin bütün hesablarına həbs qoyulub. Xatırladaq ki, bir qədər əvvəl «Adore» MMC digər parfümeriya satışı şəbəkəsini «Sabina»nı da satın alıb.

«Adore» MMC-nin sahibləri də «Premium bank»ın sahibləridir.

İlqar İsmayılov sözügedən şirkətdən dividend kimi 2 milyon 94 min manat tələb edir. Xəzər Rayon Məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə baxılan işdə, məhkəmə qərarı ilə «Adore Kompani» MMC-nin ümumilikdə 10 bankda olan 28 hesabına ümumilikdə həmin məbləğdə həbs qoyulub.

Həbs qoyulan hesabların 7-si «Premium bank»da (keçmiş «Bank Silk Vey»), 4-ü «Paşa Bank»da, 4-ü isə «Kapitalbank»dadır.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol