• $
  • €
  • ₽
  • ₺
  • £

Koronaviruslu xəstələrlə bağlı YENİLİK

Koronaviruslu xəstələrlə bağlı YENİLİK
27.07.2020 14:43
Səhiyyə Nazirliyinin "Teletəbabət” adlı pilot layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb. Koronavirusla mübarizənin gücləndirməsi üzrə görülən tədbirlər sırasında bu yenilik son texnologiyaların təqdim etdiyi imkanlardan irəli gəlib.
 
Anews.az xəbər verir ki, "Teletəbabət” pilot layihəsinin çərçivəsində xəstələr həkim qəbulundan onlayn video bağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb. Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül simptomlu pasiyentlər tərəfindən öz evlərində, xəstəxana və ya poliklinikaya getmədən onlayn qaydada həkim məsləhətlərinin alınmasına start verilib.
 
Yeni xidmətdən istifadə həm həkim, həm pasiyent üçün istifadəsi olduqca rahat və sadədir. Bunun üçün "Doctor Online” tədbiqini cihaza sadəcə yükləmək kifayətdir. Burada pasiyent onu müalicə edən həkimi ilə həm adi, həm də görünlülü zənglər vasitəsilə təmas qurub, daim ünsiyyətdə qalır. Tibbi işçilər xəstələrə onlayn şəkildə tövsiyələr və məsləhətlərini verir, mütəmadi konsultasiyaların aparılmasını və müşahidə xidmətlərini göstərir.
 
Daha çox insanın bu yenilikdən istifadə etməsi məqsədilə AR Səhiyyə Nazirliyinin ”Teletəbabət” layihəsindən yararlanmaq qaydaları haqqında ətraflı məlumat elanlar şəklində pilot layihənin tətbiq olunduğu Bakı şəhər poliklinikaların ərazi sahələri və yaşayış yerlərində artıq yerləşdirilib.

 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol