• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar və ermənilər bu ay internetdə nə axtarıblar? – Maraqlı nəticə - FOTOFAKT

Azərbaycanlılar və ermənilər bu ay internetdə nə axtarıblar? – Maraqlı nəticə - FOTOFAKT
28.07.2020 09:53
İyul ayı ərzində Azərbaycanda internet istifadəçiləri "Google" axtarış sistemi üzərindən ən çox "Polad Həşimov" sözünü axtarışa veriblər.

 "Google"nin açıqladığı nəticələrə istinadən bildirir ki, son bir ay ərzində Azərbaycanda internet istifadəçiləri "Polad Həşimov"dan əlavə "Google" üzərindən ən çox "Ceyhun Bayramov", "Necmeddin Sadiqov", "Meleyke Abbaszade”  kimi sözləri yazaraq axtarışa veriblər.

Azərbaycanda internet istifadəçilərinin iyul ayı ərzində axtarışa verdiyi sözlər arasında "seferberlik”, "mudafie nazirliyi”, "kim kardashian”, "Azerbaycan bayragi”, "tovuz”   kimi sözlər də ilk sıralarda yer alıb.

Məlumat üçün bildirək ki, son 30 gün ərzində Ermənistanda internet istifadəçiləri "Google" axtarış sistemi üzərindən ən çox "Xabkanq” ("Xəyanət”) adlı televizya serialının müxtəlif bölümlərini axtarışa veriblər.  Ermənilərin iyul ayında ən çox axtardığı sözlər arasında "dimord emis am” (tələbə qəbulu ilə bağlı rəsmi sayt), "marqarita simonyan” kimi sözlər də ilk onluqda yer alıb.

Onu da qeyd edək ki, iyul ayının 13-ü tarixindən başlayaraq Ermənistan ordusu Azərbaycanın Tovuz rayonunu intensiv atəşə tutub. Davam edən döyüşlər zamanı  Azərbaycan ordusunun general-mayoru Polad Həşimov şəhid olub. Bu səbəbdən də iyul ayı ərzində Azərbaycanda internet istifadəçiləri ən çox "Polad Həşimov" sözünü axtarışa veriblər.

Tovuz istiqamətində baş verən döyüşlər zamanı Ermənistan ordusunun da aralarında yüksək rütbəli zabitlərin olduğu onlarla hərbçisi öldürülüb. Maraqlıdır ki, Ermənistan ordusu onlarla hərbçini itirməsinə baxmayaraq bu ölkədə internet istifadəçilərini ən çox maraqlandıran televiziya serialı və qəbul imtahanları olub.(yeniavaz)



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol