• $
  • €
  • ₽
  • ₺
  • £

Döşəməsindən ilanlar çıxdığı deyilən Təcili Yardım binası ilə bağlı AÇIQLAMA - VİDEO

Döşəməsindən ilanlar çıxdığı deyilən Təcili Yardım binası ilə bağlı AÇIQLAMA - VİDEO
30.07.2020 14:06
Ötən gün sosial şəbəkələrdə Qazaxda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) şəraitin olmaması ilə bağlı video yayımlanmışdır.

Anews.az xəbər verir ki, stansiyasının əməkdaşı videoda şəraitsizlikdən, təmirsiz bir binada yerləşdirilmələrindən şikayət edir.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova bu gün sosial şəbəkələrdə yayımlanan video ilə bağlı fikirlərini bildirib.
Baş həkim deyib ki, onlar - səhiyyə şöbəsinin kollektivi dünyanı bürüyən pandemiyaya qarşı mübarizə ilə ələqadar var gücləri ilə çalışır:

"Əhalinin sağlamlığının keşiyində dayanırıq. Lakin sıralarımızda olan bəzi əməkdaşların bugünkü çətin şəraitdə öz məkirli məqsədlərini bu cür biruzə vermələri həqiqətən də bizi sarsıdır. Mərkəzi Xəstəxananın yeni inzibati binası tikilənə qədər də biz bu cür şəraitdə layiqincə fəaliyyət göstərmişik. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik. Dövlət bizim üçün hər cür şərait yaradır.
 
Pandemiya dövründə səhiyyə işçilərinin maddi rifahının yüksəldilməsi ilə bağlı çox ciddi qərarlar qəbul etmişdir. Biz inanırıq ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində pandemiya ilə mübarizədən ən az itki ilə çıxacağıq. Bəzi əməkdaşların bu cür hərəkətlərini hamılıqla pisləyirik”.

Baş həkimin TTTYS-sı ilə bağlı açıqlama verdiyi həmin videonu təqdim edirik:
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol