• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə Polad Həşimovun ata ocağını ziyarət edib - FOTOLAR

Allahşükür Paşazadə Polad Həşimovun ata ocağını ziyarət edib - FOTOLAR
30.07.2020 17:36
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun doğulub boya-başa çatdığı Qəbələ rayonunun Vəndam kəndində olub.

QMİ-dən Anews.az-a verilən məlumata görə, şəhidin ata ocağını ziyarət edən Şeyxülislam A. Paşazadə xalqımızın qəhrəman oğlu Polad Həşimovun əziz xatirəsini anmaq üçün məhz bu günü — müqəddəs Qurban bayramının Ərəfə gününü seçdiyini xüsusi vurğuladı.

Şeyxülislam A. Paşazadə bildirdi ki, əzəmətli Ərəfə günü Həcc ziyarəti zamanı xüsusi önəm kəsb edən mübarək zamandır. Bu ilki Ərəfəni qəhrəman şəhid ocağında keçirərək şəhidimizin mübarək ruhunu yad etməkdən şərəf  və qürur yaşadığını qeyd edən Şeyxülislam A. Paşazadə Vətəni sevməyin imandan olduğunu xatırlatdı. Bildirdi ki, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir.

Şeyxülislam A. Paşazadə haqq işimiz yolunda mücadilədə canını fəda etmiş general-mayor Polad Həşimovun atası və övladlarına başsağlığı verdi, II Fəxri Xiyabanda uyuyan qəhrəman hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğun bildirdi. O qeyd etdi ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olmuş, dinc sakin qətlə yetirilmişdir. Şeyxülislam A. Paşazadə Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizi yad etdi, Tovuz rayonu ərazisində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini andı, Allahdan onlara rəhmət dilədi. QMİ sədrinin birinci müavini Müfti Salman Musayev şəhidlərimizin ruhu üçün dualar oxudu.

Şəhidin ailəsi ilə səmimi söhbət edən, onun övladlarına öz qayğı və diqqətini əsirgəməyən Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının öz qəhrəman oğulları ilə fəxr duyduğunu, onların xatirəsini əziz tutduğunu və qanlarının yerdə qalmaması üçün mübarizəyə hər zaman hazır olduğunu vurğuladı. QMİ sədri əmin olduğunu bildirdi ki, Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik dövlətçilik xətti və qətiyyətli siyasi iradəsi sayəsində, inşallah, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, düşmən öz layiqli cəzasını alacaqdır, şəhidlərimizin qanları ilə suvarılmış Vətən torpağı  işğaldan azad olunca biz bütün bayramlarımızı könül xoşluğu ilə qeyd edəcəyik, inşallah. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin Qəbələyə səfəri zamanı şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi ilə bağlı qərarını yüksək dəyərləndirdi. Bildirdi ki, bu, Azərbaycan xalqının öz qəhrəman övladlarına verdiyi dəyərin təzahürü olaraq gənc nəslin vətənpərvərlik ruhunu dərinləşdirən məqamlardandır.

Şəhid ailəsini ziyarətdə iştirak edən Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat zamanı şəhid olan Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin ruhlarını ehtiramla andılar, general Polad Həşimovun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verdilər. Komitə sədri öz çıxışında Azərbaycan Prezidentinin ərazi bütövlüyümüzün təmini, haqq işimizin qələbəsi yönündə misilsiz fəaliyyəti barədə məlumat verdi, Azərbaycan dövlətinin şəhid ailələrini hər zaman diqqət və qayğı ilə əhatə etdiyini, onların xatirəsini əbədiləşdirmək, qanlarının yerdə qalmaması üçün lazım olan bütün addımları atdığını vurğuladı.

Şəhid generalın ailəsi ilə görüşdə Qəbələ rayonunun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak etdilər.

Şəhid Polad Həşimovun ailəsi Şeyxülislam A. Paşazadə və onunla bərabər təşrif buyurmuş bütün şəxslərə dərin minnətdarlıqlarını ifadə etdilər.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol