• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişıq” Bərdənin 8 kəndində yenidənqurma işləri aparır

“Azərişıq” Bərdənin 8 kəndində yenidənqurma işləri aparır
01.08.2020 20:30
İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Bərdə Elektirk Şəbəkisinin xidməti ərazisində geniş quruculuq işləri həyata keçirilir.

Bu barədə anews.az-a "Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, əhalisinin əksəriyyəti maldarlıq və əkin işi ilə məşğul olan Bərdənin Mehdili kəndinin elektrik enerjisi təsərüffatı 60-cı illərin əvvəllərində qurulub və son illər istifadəyə yararsız vəziyyətə düşüb.1500-dən çox sakinin yaşadığı kənddə elektrik enerjisi itkisi 30-35% olub. "Azərişıq” Mehdilidə elektrik enerji təchizatını indi tamamilə yenidən qurur. İstismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur.  

Bərdə rayonunda Yenidaş kənd ərazisində 35/10 kV-luq "Yeni Həyat” yarımstansiyası yenidən qurulur. Yarımstansiya 7 mindən çox sakinin yaşadığı 8 kəndi kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edəcək. 7,5 MVA gücündə transformator quraşdırılan Yarmstansiyadan 3 ədəd 10 kV-luq hava elektrik verilişi xətti çıxır.
 
Yenidən qurulan yarımstansiya həmçinin 100-dən çox su artezian quyusuna da elektrik enerjisi verir. Kəndlərin suya olan təlabatını ödəmək üçün bu yarımstansiya müstəsna rola malikdir. Açıq  tipli yarımstansiya tkinti işləri tam başa çatdıqdan sonra qapalı şəraitdə fəaliyyətini davam etdirəcək

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol