• $
  • €
  • ₽
  • ₺
  • £

Ər-arvad karantində mənzillərini uşaq bağçasına çevirib - VİDEO

Ər-arvad karantində mənzillərini uşaq bağçasına çevirib - VİDEO
08.08.2020 10:39
Səbail rayonu, Əlibəyov qardaşları küçəsi 42, mənzil 9-da yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.

Anews.az DİN-ə istinadən xəbər verir ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Səfərəli Mikayılov və onun həyat yoldaşı Yeganə Mikayılovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdikləri məlum olub. 

Qeyd edək ki, ev sahibləri polis əməkdaşlarını görən kimi əvvəlcə bu fəaliyyətlə məşğul olmadıqlarını bildiriblər. Hətta onlar mənzildə olan azyaşlıları hamam otağında gizlədərək məsuliyyətdən yayınmağa da çalışıblar. Amma polis əməkdaşlarının ortaya qoyduqları təkzibedilməz sübutlar qarşısında Səfərəli Mikayılov və  Yeganə Mikayılova etdikləri qanun pozuntusunu etiraf ediblər. Mənzilə baxış zamanı 7 azyaşlı uşaq müəyyən edilib və onların valideynləri təhvil veriliblər. Bağçanın sahibləri saxlanılaraq Polis Bölməsinə aparılıblar. Həmin şəxslərə ciddi xəbərdarlıq edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri ayrı-ayrılıqda 400 manat məbləğində cərimə ediliblər. 

Qeyd edək ki, övladlarının sağlamlıqlaını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar cərimə olunublar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol