• $
  • €
  • ₽
  • ₺
  • £

Marketə hücum edib qonşusunu öldürən gəncin istintaqı ilə bağlı YENİLİK

Marketə hücum edib qonşusunu öldürən gəncin istintaqı ilə bağlı YENİLİK
13.08.2020 10:28
Bakıda qətl törətməkdə təqsirləndirilən İsmayıl Ağasənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Anews.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Əlövsət Abasovun sədrlik etdiyi kollegiyanın icraatındadır.

Qeyd edilib ki, hadisə fevralın 9-na keçən gecə Xətai rayonunun Zığ yolu 22 ünvanında yerləşən marketdə baş verib.

1996-cı il təvəllüdlü Ağasənov İsmail Nizami oğlu marketdə satıcı işləyən qonşusu, 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu bıçaqlayıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, İsmail Ağasənov pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək Bəxtiyar Əliyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İ.Ağasənova Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol