• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrükdən sahibkarlara "qiymət" tövsiyəsi

Gömrükdən sahibkarlara "qiymət" tövsiyəsi
18.08.2020 11:53
Dövlət Gömrük Komitəsinin (DGK) Baş Gömrük İdarəsində dərman və qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Komitədən bildirilib.

Məlumata görə, görüşdə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və sahibkarlar iştirak edib.

Görüş dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük rəsmiləşdirilməsi prosesində meydana çıxan problemlərin müzakirəsi və operativ şəkildə həll edilməsi məqsədilə keçirilib.

Görüşdə çıxış edən Komitə rəsmiləri pandemiya ilə mübarizə tədbirlərində səmərəli və işgüzar fəaliyyətlərinə görə sahibkarlara xüsusi təşəkkürlərini bildiriblər.
Daha sonra dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük dəyərləndirilməsinin metodologiyaları ətraflı şəkildə görüş iştirakçılarına izah olunub, bu istiqamətdə qanunvericiliyin tətbiqi metodları barədə məlumat verilib. Sahibkarlara gömrük rəsmiləşdirilməsi prosesində Tarif Şurasının təqdim etdiyi qiymətləri əsas götürmək, gömrük dəyəri ilə real bazar qiymətləri arasında kəskin fərqlərin yaranmasına yol verməmək tövsiyə olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol