• $
  • €
  • ₽
  • ₺
  • £

POLKOVNİK: Vəziyyət pisdir, müharibə hər an başlaya bilər

POLKOVNİK: Vəziyyət pisdir, müharibə hər an başlaya bilər
18.08.2020 18:56
"Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi dostları sevindirdiyi kimi, düşmənlərimizi qorxuya salıb”.
Bu sözləri Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov avqustun 12-də Türkiyə Müdafiə naziri  Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi haqda danışarkən deyib. O bildirib ki, bu səfər iki ölkənin birlik və bərabərlik içərisində olduğunu bütün dünyaya göstərir:
"Dağlıq Qarabağla bağlı hazırda region təhlükəlidir, hər an müharibə ola bilər. Regionun sakitləşməsi ancaq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilr. Ümumilikdə işğal altındakı torpaqların ətrafında gedən proseslər onu göstərir ki, bu münaqişənin həll etməyin vaxtı çatıb. Dağlı Qarabağ məsələsi həll olunmayana qədər regionda çoxlu problemlər ortaya çıxacaq. Fikir versəniz, böyük dövlətlər bəzən maraqlarını təmin etmək üçün qaynar nöqtələrdən istifadə edirlər. Biz bunu Suriyada, Liviyada görürük. Dağlıq Qarabağın işğal altında qalması, təkcə Azərbaycan üçün yox, bütövlükdə region üçün çox böyük təhlükə mənbəyidir. Qardaş Türkiyə də bunu yaxşı başa düşür və bu baxımdan bütövlükdə regionda sabitliyi qorumaq üçün Azərbaycana öz dəstəyini verir”.
Ekspert Türkiyənin Azərbaycanın yanında olmasını vacib hesab edir:
"Ermənistan Rusiyaya arxalanır və bütün təhlükəsizlik məsələlərinə Moskvanın prizmasından baxır. Azərbaycan üçün də  güclü bir qardaşının olması vacib amildir.
Bütün dünya bilir ki, Azərbaycanın məqsədi sadəcə torpaqlarını işğaldan azad etmək, öz torpaqlarından didərgin düşən insanları evlərinə geri qaytarmaqdır. Amma Ermənistanın arxasında dayanan qüvvələr bizim bu məqsədə çatmağımıza imkan vermir. Azərbaycana Türkiyənin dəstək olması regionda bir çox problemlərin, xüsusilə Dağlıq Qarabağın işğaldan azad olunmasında mühüm rol oynayacaq.
Həmçinin, Türkiyə kimi böyük bir dövlətin bu gün açıq şəkildə Azərbaycanın haqq davasını dəstəkləməsi düşmənə, onun havadarlarına bir mesajdır. Bu birlik düşmənin canına qorxu salır. Onlar hərbi təlimlərin başladığı ilk gündən qorxu narahatllıq içərisindədirlər.
Amma istər Azərbaycan, istərsə də Türkiyə hər zaman regonda sülhü və sabitliyi qorumağa çalışıb.
Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gəlişinin məqsədlərindən biri də budur”.
Ş. Ramaldanov Azərbaycanın təkbətək döyüşə hazır olduğunu bildirib:
"Azərbaycan hər zaman Ermənistanla təkbətək döyüşə hazırdır. Bunu dəfələrlə ölkə başçısı Prezident İlham Əliyev də vurğulayıb. Azərbaycan və Ermənistan təkbətək müharibəyə başlasa, ordumuz qısa zamanda düşmənin ordusunu darmadağın edib, torpaqlarımızı işğaldan azad edər. Buna heç kimin şübhəsi olmasın!
Amma düşmən o qədər qorxaq və ikiüzlüdür ki, bunu qəbul etmir və öz təxribatlarına davam edir”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol