• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə bəyan etdi: “Sən qarışsan, mən də qarışacağam”

Türkiyə bəyan etdi: “Sən qarışsan, mən də qarışacağam”
18.08.2020 20:42
"Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlərdən sonra Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi mövzusu ictimai gündəmə gəldi. Bir çox digər mövzular kimi, təəssüf ki, sosial şəbəkədə "geosiyasi xətt” üzrə bölünməyə daha bir səbəb oldu. Ümumiyyətlə, bölünməyə bəndik, sanki bölünmə üçün bəhanə axtarırıq”.
Anews.az "MediaPost”-a istinadən xəbər verir ki, bunu hərbi icmalçı Nazim Bayram deyib. 
Ekspertin fikrincə, "bazalar olsun, ya olmasın” çox nəzəri və hazırkı - istər qanunvericiliyimiz və aparılan siyasi kurs, istərsə indiki geosiyasi şəraitdə hipotetik məsələdir:
"Buna görə bölücülüyə dəyməz. "Qaşınmayan yerdən qan çıxardanlar" millətin birliyini görməyə gözü olmayan aramızdakı "qarnı qurdlular” və milləti bölmək üzərində xüsusi işləyən, xaricdən tapşırıq alanlardır. Bazaların yerləşdirilməsinin siyasi tərəflərinə keçməzdən əvvəl deməliyəm ki, dövlətimin müstəqilliyi haqqında ülvi təsəvvürümə görə, ölkəmizdə heç bir daimi xarici hərbi baza yerləşdirilməməlidir. Bu, mənim şəxsi və milli ləyaqət hissimdən gələn daxili inamımdır”.
N. Bayram bildirib ki, indiki vəziyyətdə Ermənistan Naxçıvanı təhdid etsə, bu halda Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər:
"Türkiyəyə gəldikdə, 1921-ci il Rusiyanın da imzaladığı və qüvvədə olan Qars müqaviləsinə uyğun, Türkiyə Naxçıvanın (Azərbaycandan başqa) üçüncü tərəfə  verilməyəcəyinin zaminidir. Ermənistan Naxçıvanı təhdid etsə, Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər. Türkiyə Cümhuriyyətinin  Naxçıvanın təhlükəsizliyinə zamin olması Azərbaycan üçün əslində artıq böyük üstünlük və böyük yüngüllükdür. Türkiyənin daimi hərbi bazası Azərbaycanda yerləşdirilsə, bu,  təhlükəsizliyimizi möhkəmləndirməyin əksinə, ölkəmizi daha bir Rusiya-Türkiyə, Rusiya-NATO geosiyasi qarşıdurması zolağına çevirə bilər. Ona görə düşünmürəm ki, Azərbaycan iqtidarı mövcud regional qayğılarını nəhənglərin qlobal qarşıdurma predmeti etməklə, həllinə nal ola biləcəyinə ümid eləsin”.
"Biz "iki nəfərə qarşı tək” idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi”
"İstək və arzuları kənara qoyub, gerçəyi gerçək faktorlarla qiymətləndirsək, Türkiyənin regiona məxsusluğu və indiki statusu, Azərbaycanla 2010-cu ildə imzaladığı hərbi tərəfdaşlıq sazişindən irəli gələn hüquqi baza və bizə hərtərəfli arxa durması Azərbaycanın ərazi bütövlüyü məsələsini həll etməyə kifayətdir. Bu potensialın hələ yarısı belə, gerçəkləşməyib, ancaq regionda xeyrimizə olan yeni düzəni artıq yaratmaqdadır. Yeni düzənin mənası budur ki, indiyə kimi Ermənistanın arxasında Rusiya dayanmışdı və biz "iki nəfərə qarşı tək” idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi və təbii ki, bəyanatların ünvanı Rusiyadır - "sən qarışsan, mən də qarışacağam”. Rusiya münaqişəyə hərbi müdaxilə etsə, Türkiyə də edəcək. Başqa regionlarda olduğu kimi, Putin inanır ki, Ərdoğan bunu edəcək. Bununla, Türkiyə Rusiya üçün çəkindirici rol oynayır. Bu isə o deməkdir ki, Azərbaycanın Ermənistanla təkbətək döyüşməsinə şərait yaranıb. Türkiyə qardaşlığını bu cür edir. İndi söz bizimdir” - deyə, hərbi icmalçı bildirib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol