• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat ölkəyə gətirilən mallara tətbiq olunan limitin azaldılmasını tənqid etdi

Deputat ölkəyə gətirilən mallara tətbiq olunan limitin azaldılmasını tənqid etdi
25.08.2020 14:28
Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən birdəfəyə limit səviyyəsinin 2-3 dəfə azaldılması müsbət haldır. 

Anews.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, şəxsi sifarişlə gələn məhsulların bir qismi satışa çıxarılır və nəticə etibarı ilə həmin məhsulların vergiyə cəlb edilməsi mümkün olmur. 
V.Bayramov bildirib ki, mexanizm olaraq bir çox inkişaf etmiş ölkələrdəki kimi bu istiqamətdə sistemin təkmilləşdirilməsi təklif edilir:

"Xüsusən də gömrükdə qeydiyyatdan keçməyən malların daxili bazarda satışa çıxarılmasının qarşısının alınması əslində məqsədəuyğundur. Bunun üçün təbii ki, belə malların satışının qarşısının alınması, vergidən yayınma halları ilə bağlı cərimələrə yenidən baxılması və məbləğlərin dəyişdirilməsi, eləcə də digər inzibati qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Bu mexanizmin hazırlanması və tətbiq edilməsi bir qədər zaman alacaq. Bütün hallarda istehlak bazarı ilə idxal daxilolmalarının incələnməsi üçün elektron bazaların da təkmilləşdirilməsinə ehtiyac var”.

V.Bayramov bu istiqamətdə qəbul edilən qərarda limitin bir anda kəskin azaldılmasının isə tərəfdarı olmadığını vurğulayıb:

"Konkret olaraq, qərarda göstərilən kəskin azalmalar məqsədəuyğun deyil. Ölkəyə gömrük rüsumu tətbiq edilməyən malların dəyərində azalmanın nəzərdə tutulması mərhələli şəkildə aparılmalı idi. Poçt vasitəsilə rüsumsuz 1000 dollar (1700 manat) dəyərində mal gətirilməsi ilə bağlı limitin 300 dollara (510 manat) endirilməsi üç dəfəyə qədər azalma deməkdir.

Bir qərarla hər hansı bir limitin üç dəfədən çox azalması heç məqsədəuyğun deyil. 1500 dollarlıq (2550 manat) malların gətirilməsi ilə bağlı limitinin 800 dollara (1360 manat) endirilməsi də kifayət qədər çoxdur. Düşünürəm ki, limitlərə yenidən baxılmasına və mövcud şəraitə uyğunlaşdırılmasına ehtiyac var.
Biz bütün hallarda bu dəyişikliklərdə inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanırıq. Lakin, inkişaf etmiş ölkələrin təcrübəsində gün ərzində hər hansı limitin üç dəfədən artıq azaldılması çox nadir hallarda tətbiq olunur. Odur ki, bu məsələyə yenidən baxılmalıdır. Həm də edilən dəyişikliklərin əsaslandırılması, qiymətləndirilməsi də yenidən həyata keçirilməlidir”.  

Qeyd edək ki, yeni qaydalara əsasən, bugünə qədər vətəndaş şəxsi məqsəd üçün birbaşa özü ay ərzində bir dəfə olmaqla 1500 dollardan (2550 manat) artıq olmayan malları ölkəyə gömrük rüsumundan azad şəkildə gətirə bilirdisə, artıq bu məbləğ 800 dollara (1360 manat) endirildi.

Eyni zamanda eyni fiziki şəxsin adına elektron ticarət - poçt vasitəsilə rüsumsuz 1000 dollarlıq (1700 manat) malın gətirilməsinə icazə var idisə, artıq bu məbləğ də 300 dollara (510 manat) endirildi.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol