• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell adı hallanan tədbirlə bağlı açıqlama yaydı

Bakcell adı hallanan tədbirlə bağlı açıqlama yaydı
27.08.2020 15:36
"Bakcell” şirkəti karantində toy edən əməkdaşı ilə bağlı açıqlama yayıb.
 
Anews.az-a daxil olan məlumatda deyilir:

"Bakcell şirkəti ilk günlərdən ölkədə COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlət tərəfindən həyata keçirilən bütün tədbirləri dəstəkləyib, pandemiya ilə bağlı elan olunmuş karantin və sosial izolyasiya tədbirlərinə ciddi şəkildə əməl edib. Bu müddət ərzində şirkət müxtəlif sosial təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına mütəmadi qaydada dəstək olub.

Şirkət Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib, pandemiya ilə mübarizə üçün tibbi avadanlıq və vasitələrin ölkəyə gətirilməsi üçün iri həcmdə vəsait ayrılıb, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində böyük xeyriyyə tədbirləri həyata keçirib, müvafiq dövlət qurumları ilə birlikdə səhiyyə işçilərinə dəstək göstərib, koronovirusla mübarizə sahəsində müxtəlif xidmətlərin və onlayn platformaların yaradılması prosesinə töhfə verib və digər çoxsaylı sosial layihələr həyata keçirib.

Sosial izolyasiya tədbirlərinə çox ciddi şəkildə riayət edən şirkətlərdən biri olaraq karantin rejiminin elan olunduğu ilk vaxtlardan bu günə kimi şirkət öz əməkdaşlarının təhlükəsizliyinin qayğısına qalaraq onların evdən işləməsini təmin edib. Şirkətin bütün müştəri xidmətləri mərkəzlərində və digər ofislərində lazımı tədbirlər həyata keçirilib.

Bakcell şirkəti öz əməkdaşlarından birinin təşkil etdiyi nikah mərasimində iştirakı ilə bağlı yayılan məlumatları hiddətlə qarşılayır və bunun Şirkətin indiyə qədər koronavirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə kölgə saldığını bəyan edir, eyni zamanda bildirir ki, sözügedən məclisin sahibi və burada iştirak edən şəxslər Bakcell rəhbərliyində təmsil olunmurlar.

Yüzlərlə əməkdaşlarının iş yerindən kənar həyat və fəaliyyətləri üçün cavabdeh olmasa da, Bakcell baş verən hadisənin ölkəmizdə COVİD-19-la mübarizə tədbirlərinə və şirkətin bu sahədə gördüyü işlərə və işgüzar nüfuzuna kölgə saldığını nəzərə alaraq, nikah mərasimində iştirak edən şəxslərlə bağlı şirkətin daxili nizam-intizam qaydaları çərçivəsində tədbirlər görülüb”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol