Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı nə qədərdir?

Hazırda Gürcüstan həbsxanalarında 104 nəfər Azərbaycan vətəndaşı saxlanılır.
Anews.az xəbər verir ki, bu göstərici ölkənin Milli Statistika İdarəsinin iyul ayı üzrə hesabatında əks olunub.
Aylıq müqayisədə qonşu ölkədə həbs cəzasına məhkum olunan Azərbaycan vətəndaşlarının sayı 1 nəfər artıb.
Qonşu ölkədə ittiham olunan Azərbaycan vətəndaşlarının sayı 6-sı kişi, 4-ü qadın olmaqla 10 nəfər təşkl edir. Məhkumların sayı isə 94 nəfərdir. Onların 85-i kişi, 9-u isə qadındır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























