• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar+” tətbiqindən istifadə edənlərin sayı 300 mini ötüb

“Nar+” tətbiqindən istifadə edənlərin sayı 300 mini ötüb
01.09.2020 10:59
"Nar” abunəçiləri artıq bir ildir ki, hesabı daha asan idarə etməyə imkan verən "Nar+” tətbiqindən yararlanırlar. Müştəri xidmətlərinin bir çox funksiyasını özündə daşıyan bu tətbiq, abunəçilər üçün şəffaf müştəri təcrübəsinin ayrılmaz bir hissəsidir. Belə ki, tətbiqin yüklənmə sayı son 6 ayda 150% artaraq 300 mini ötüb.

"Nar+” tətbiqi vasitəsilə abunəçilər bir neçə saniyə ərzində yeni internet paketi sifariş edə,  tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Statistikaya əsasən, abunəçilərin "Nar+” tətbiqində ən çox müraciət etdiyi funksiyalar, balans və bonusların yoxlanması ilə yanaşı, internet paketlərinin sifarişi, yeni tarifin aktivizasiyası və ya dəyişdirilməsidir.

Tətbiqdən ən çox istifadə edənlər isə (61%) Bakı sakinləridir, 2-ci yerdə Sumqayıtda yaşayan abunəçilər, növbəti yerlərdə isə Gəncə və Quba, Qusar, Xaçmaz bölgələrinin sakinləri dayanır. Qeyd edək ki, istifadəçilər tətbiq vasitəsilə sərfiyyat haqqında izahlı qaimə əldə edə, rominq xidmətlərini idarə edə, eyni zamanda canlı çatla suallarına cavab ala bilərlər. 

"Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol