• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 22 yaşlı oğlan qayınatasını niyə öldürdü? - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Bakıda 22 yaşlı oğlan qayınatasını niyə öldürdü? - DƏHŞƏTLİ TƏFƏRRÜAT
01.09.2020 15:27
Bakı sakini, 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsinin təfərrüatı məlum olub.

X.Bağırovun ailə üzvlərinin verdiyi məlumata görə, hadisədən 3 ay əvvəl 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev öz həyat yoldaşını Sumqayıt şəhərində yandıraraq öldürmək istəyib.

Bildirilib ki, həmin vaxt qadın hadisə yerindən qaçıb və itkin düşüb:

"Sonra qız tapılıb ata evinə gətirildi. Biz də Ayxan Hüseynəliyevin əməlindən polisə məlumat verdik. Ayxanın atası Asif isə polisə müraciət etdiyimiz üçün bizi təhdid etməyə başladı. Həmçinin də Ayxan bizi təhdid edirdi. Onların təhdidlərindən sonra Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə müraciət etdik, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində isə mərhum Xalid Bağırov izahat verib. Ayxan Hüseynəliyevin təhdidləri barədə müraciət edən zaman DİN-dən təhlükəsizliyimizin təmin olunmasını istədik. Bir qədər sonra bizə təhlükəsizliyimizin təmin olunacağı barədə məktub gəldi. Lakin ailənin təhlükəsizliyi təmin olunmadı”.

Qeyd edilib ki, avqustun 31-i saat 10 radələrində Ayxan Hüseynəliyev Xalıq Bağırovu qətlə yetirib:

"Ayxan həmişə zəng edib, bütün ailə üzvlərimizi öldürəcəyini bildirirdi. Hadisə günü də o, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib, evin yaxınlığında gözləyib. Ayxan Xalıq Bağırovun evdən çıxmasını gözləyib. Çünki onun məqsədi ailənin hamısını öldürmək olub. Xalıq Bağırovla Ayxan Hüseynəliyev qapının qarşısında üz-üzə gəlib. O, içəri girməyə çalışıb. Bu zaman Xalıq Bağırov onun qarşısını kəsib. Ayxan da onun bıçaqlamağa başlayıb. Ayxan əvvəl Xalıq Bağırovun boğazını kəsib, ümumilikdə isə 14 bıçaq zərbəsi vurub. Qonşunun hadisə yerinə gəldiyini görən Ayxan hadisə yerindən qaçıb”.

Xatırladaq ki, rəsmi məlumata əsasən, hadisə avqustun 31-i saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
 
A.Hüseynəliyev qayınatası X.Bağırovu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(Report)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol