• $
  • €
  • ₽
  • ₺
  • £

Arvadını 5-ci mərtəbədən atan art-direktordan YENİ XƏBƏR

Arvadını 5-ci mərtəbədən atan art-direktordan YENİ XƏBƏR
02.09.2020 10:03
Bakı Apellyasiya Məhkəməsində arvadını 5-ci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsindəki hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi şikayətə baxılıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, R. Taxvelinin barəsində eskpertiza təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmünə əsasən Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqda qərar qəbul edilib.

Xatırladaq ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib.

Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Onu da qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu "Buta Palace”nin art-direktorudur. O, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.
Qətlə yetirilən Adelya Taxveli isə "Atəşgah Sığorta" şirkətinin əməkdaşı olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol