• $
  • €
  • ₽
  • ₺
  • £

Sentyabr ayına olan hava proqnozu AÇIQLANDI

Sentyabr ayına olan hava proqnozu AÇIQLANDI
02.09.2020 12:26
Sentyabr ayına olan hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Anews.az-a verilən məlumata görə, sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-3 dərəcə yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacaq. Sentyabrın birinci ongünlüyünün birinci yarısında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35)  dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25 (gecələr 15-20, gündüzlər 25-30, bəzi günlərdə 35-38) dərəcə isti  olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.  Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-13 mm) olacaq. 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 13-18 (gecələr 9-14, gündüzlər 14-19, bəzi günlərdə 23-27) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 33-36) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 17-44 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 19-23 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 32-35) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-25 (gecələr 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-38 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-34) dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm) olacağı gözlənilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol