• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR təbii qazın maya dəyərini açıqladı

SOCAR təbii qazın maya dəyərini açıqladı
02.09.2020 12:46
2019-cu ildə 1 000 kubmetr təbii qazın faktiki istehsal maya dəyəri 61,89 manat təşkil edib.

Anews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, bu, 2018-ci illə müqayisədə 4,29 manat və ya 7,4% artıb.

Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 4,4%, əmək haqqı – 10,9%, sosial sığortalara ayırmalar – 2,8%, amortizasiya ayırmaları – 25,1%, təmir xərcləri - 7,5%, texniki xidmət xərcləri – 4,9%, nəqliyyat xərcləri – 13%, mədən vergisi – 17,8% və s. təşkil edir. Şirkət üzrə 1 000 kubmetr əmtəəlik qazın maya dəyəri 2018-ci illə müqayisədə 4,29 manat (7,5%) artıb.

SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə Əməliyyat Şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2019-cu ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 140,46 manat təşkil edib.

Qazın maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqının, əsas vəsaitlərə texniki xidmət xərclərinin, mühafizə xərcləri, digər vergilər, digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib. Belə ki, material və komponent xərcləri 702 min manat (5,3% artıb), əmək haqqı xərcləri 4 mln 634 min manat (15,5%), əsas vəsaitlərə texniki xidmət xərcləri 949 min manat (6,5%), mühafizə xərcləri 3 mln 793 min manat (75,5%), digər vergilər üzrə 2 mln 551 min manat (21,9%), digər xidmətlər üzrə xərclər 3 mln 853 min manat (41,6%) təşkil edib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol