• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Nazir karantin rejimi ilə bağlı qərar imzaladı

Baş Nazir karantin rejimi ilə bağlı qərar imzaladı
04.09.2020 21:36
Nazirlər Kabineti "Xüsusi karantin rejimi ilə bağlı bəzi məsələlər barədə" qərar qəbul edib. 

Anews.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1.2-ci, 1.1.5-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin;

1.2. 1.1-1-ci bənddə "5” rəqəmi "10” rəqəmi ilə əvəz edilsin;

1.3. 2-ci hissədə "hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının” sözləri "tələblərin” sözü ilə əvəz edilsin;

1.4. 3-cü hissədə "hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına” sözləri "tələblərə” sözü ilə əvəz edilsin;

1.5. 4-cü hissə ləğv edilsin;

1.6. həmin Qərara əlavə - "Fəaliyyətinə icazə verilən sahələr” üzrə:

1.7.1. 6.10-cu bənddən "açıq hava sahəsində” sözləri çıxarılsın;

1.7.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin:

"13. Təhsil müəssisələrinin fəaliyyəti.”.

2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.2. ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;”

2.2. 1.3-cü bənd ləğv edilsin;

2.3. 1.15-ci bənddən ", Gəncə, Lənkəran” sözləri çıxarılsın və həmin bənddə "22:00-dan 08:00-dək” sözləri "00:00-dan 09:00-dək” sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli  qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qərarının 3.1-ci bəndində "Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə, "22:00-dək” sözləri "00:00-dək” sözləri ilə əvəz edilsin və həmin bənddən "açıq hava sahəsində” sözləri çıxarılsın.

4. Müəyyən edilsin ki:

4.1. təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin edilir;

4.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00- dan 00:00-dək həyata keçirilir;

4.3. bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.

5. Bu Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol