• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Əsgərov 47 min manatlıq gül kompozisiyası aldı

Cahangir Əsgərov 47 min manatlıq gül kompozisiyası aldı
05.09.2020 11:32
"Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti (QSC) 47 250 AZN-nə gül kompozisiyası alır. 


Qurum bu məqsədlə "Hotes Group” MMC ilə müqavilə bağlayıb. 


Sözügedən MMC bir ildir fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Hotes Group” MMC 24 iyun 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı  Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor qəsəbəsi (Daş karxana) ev 515-də yerləşən MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ramil Vahid oğludur.


Açıq mənbələrdə nə Ramil Allahverdiyev, nə də "Hotes Group” MMC haqqında məlumat var. Bu da təbiidir. Çünki qeyd etdiyimiz kimi şirkət yeni yaranıb. Lakin AZAL-ın yeni yaranan bu şirkətə sevgisinin nədən qaynaqlandığı bəlli deyil. Adətən tenderlərdə sifarişçilər uzun illər fəaliyyəti olan, təcrübəli şirkətlərə üstünlük verirlər. AZAL fərqli yanaşma sərgiləyib.


47 250 AZN-ə gül kompozisiyasının hansı məqsədlə alınması da bəlli deyil.


Prezident İlham Əliyev bir müddət əvvəl AZAL-ın fəaliyyətini tənqid etmişdi. Ölkə başçısı bu quruma dövlət büdcəsindən yatırımlar qoyulsa da, onun divident vermədiyini bildirmişdi.

(yenisabah)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol