• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhidlərin şəkillərinin avtomobillərdən çıxarılmasının SƏBƏBİ AÇIQLANDI

Şəhidlərin şəkillərinin avtomobillərdən çıxarılmasının SƏBƏBİ AÇIQLANDI
09.09.2020 12:16
Son günlər Bakıda və digər şəhərlərdə avtomobilinə şəhid hərbçilərimizin şəkillərini vuran sürücülər DYP əməkdaşları tərəfindən saxlanılmağa başlanılıb.

Saxlanılan avtomobillərə baxış keçirilərkən onların üzərinə vurulan şəhidlərin şəkilləri çıxarılıb.

Məsələ həm sürücülər, həm də ictimaiyyətdə geniş müzakirə obyektinə çevrilib. Bəziləri DYP əməkdaşlarını qınayır, şəhidlərin şəkillərinin çıxarılmasını pisləyir, bəziləri isə bunu təqdir edir. Bəs, görəsən, şəhid hərbçilərimizin şəkillərinin avtomobillərdən çıxarılmasının səbəbi nədir? Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.

Anews.az xəbər verir ki, qurumun şöbə rəisi, polkovnik Kamran Əliyev BAKU.WS-ə bildirdi ki, bununla bağlı şəhid ailələrindən müraciətlər daxil olub: "Qəhrəman şəhidimiz Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da Baş DYP İdarəsinə etdiyi müraciətdə gənc sürücülərimizin şəhidlərimizə olan sayğılarını, sevgilərini yüksək qiymətləndirib, lakin bəzi sürücülərin şəhid şəkilləri vurulmuş avtomobillərlə yol hərəkəti qaydalarının pozulmasının əleyhinə olduğunu və bunun yolverilməz olduğunu bildirib. Onun müraciəti təkcə öz oğlu ilə bağlı olmayıb. O, bütün şəhidlərimizin ruhuna ehtiramla, hörmətlə yanaşmağı xahiş edərək həmin şəkillərin avtomobilin gündə qorunan və ya tez-tez çirkab dəyən yerlərində deyil, salonda yerləşdirilməsini daha uyğun hesab edib.

Bakı şəhərində bu məsələ ilə bağlı müəyyən görüşlər keçirilib. Hesab edirik ki, şəhidlərimizin şəkilləri daha möhtərəm yerlərə vurulmalıdır. Avtomobillərin üzərində şəhidlərin şəkillərinin olması o demək deyil ki, sürücülər bundan sui-istifadə edirlər. Əfsuslar olsun ki, belə sürücülər də olur. Amma şəkillərin vurulması istəkdən irəli gələn məsələdir. Şəhidə hörmət əlaməti olaraq avtomobillərə o şəkillər vurulur. Bu, qürurverici və təqdirəlayiq haldır.

Nəzərə almaq lazımdır ki, sürücü özü bilmədən də qayda pozuntusuna yol verə bilər. İndi xüsusi texniki vasitənin köməyi ilə qayda pozuntuları aşkarlanır. Təsəvvür edin ki, qayda pozan bir avtomobilin fotosu çəkilir və onun üzərində şəhidin şəkli olur. Cərimə sanksiyasını nəzərdə tutan bir sənədin üzərində şəhidin şəklinin olması yaxşı hal deyil".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol