• $
  • €
  • ₽
  • ₺
  • £

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarının verilməsi niyə gecikir? – RƏSMİ CAVAB

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarının verilməsi niyə gecikir? – RƏSMİ CAVAB
09.09.2020 16:45
Son zamanlar sosial şəbəkələrdə koronavirusla mübarizə aparan həkimlərdən bəziləri əlavə ödəmələrini ya almadıqlarını, ya da gecikmələrin olduğunu bildirirlər. Həmin həkimlərdən biri də Akif Cahangiroğludur. İddialara görə, şimal bölgəsinin həkimləri yanlız yanvar və fevral ayının əlavələrini alıblar. Digər aylar hələ də verilməyib.

Deyilən  iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini və COVID-19-la mübarizə aparan həkimlərin əlavə maaşlarının gecikmə səbəbini öyrənmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlıq. Sorğumuza cavab olaraq, qurumdan Yeniavaz.com-a bildirdilər ki, iyul, avqust və sentyabr aylarında yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi barədə qərar Nazirlər Kabineti tərəfindən 2020-ci il 18 avqust tarixində verilib:

 "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyənedilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən oktyabrın 1-dək olan müddət üçün ödənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart, aprel, may və iyun ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 58.3 milyon manat məbləğində müddətli əlavə ödənilib. Belə ki, mart ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 24 388 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 13 245 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.1 milyon manat, may ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 11 638 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.3 milyon manat, iyun ayı üzrə isə 14 784 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18.2 milyon manat məbləğində müddətli əlavə ödənilib.

Nəzərinizə çatdıraq ki iyul, avqust və sentyabr aylarında da yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi barədə qərar Nazirlər Kabineti tərəfindən 2020-ci il 18 avqust tarixində verilib.
Sözügedən qərara əsasənAgentlik tərəfindən iyul ayı üzrə 15200nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 19.1 milyon manat məbləğində müddətli əlavə ödənilib. Hazırda iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesi davam edir. İyul ayı üzrə ödənişlər başa çatdıqdan sonra isə dövlət tibb müəssisələri tərəfindən göndəriləcək siyahılara uyğun olaraq avqust ayı üzrə də ödənişlərə başlanılacaq”.

Qeyd edək ki, dövlət tibb müəssisələri Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə çalışan tibb işçilərinin siyahılarınıAgentliyə təqdim etdikdən sonra Agentlik 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol