• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil nazirindən dərslərlə bağlı daha bir ƏMR

Təhsil nazirindən dərslərlə bağlı daha bir ƏMR
09.09.2020 19:18
Təhsil naziri Emin Əmrullayev tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2020-2021-ci dərs ili üçün tədris planlarının təsdiqi ilə bağlı əmr imzalayıb.
Anews.az xəbər verir ki, əmrə əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 və daha çox olan X-XI siniflər aşağıdakı fənlərin tədrisində 2 qrupa bölünür:
– Tədrisi rus dilində aparılan siniflərdə "Azərbaycan dili – dövlət dili kimi”
– Tədris dilindən asılı olmayaraq "Xarici dil”, "İkinci xarici dil”, "Fiziki tərbiyə”.
Əmrdə deyilir ki, təmayül siniflərinin komplektləşdirilməsində fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyl-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınır. Şagirdlərin hazırlıq səviyyəsinə görə zəruri ehtiyac olduğu halda, məktəb Pedoqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə digər bir təmayül fənni hesabına 1 saat artıq vaxt verilən bilər.
Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 saatdan 1 saatı bütün şagirdlər cəlb olunmaqla "Nitq mədəniyyəti”, digər 1 saatı isə "İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.
Bütün təmayüllər üzrə siniflərdə təsdiq edilmiş cədvəl əsasında "Nitq mədəniyyəti” fakültativ kursu, "texniki”, "humanitar”, "təbiət”, "texniki və təbiət” təmayüllü siniflərdə "İqtisadiyyatın əsasları” fakültativ kursu isə dərs cədvəlinə salınmaqla tədris olunur. "Nitq mədəniyyəti” və "İqtisadiyyatın əsasları” fakültativ kursları Təhsil Nazirliyini tərəfindən təsdiq edilmiş proqram əsasında tədris edilir.
Bir qayda olaraq, "Nitq mədəniyyəti” fakültativ kursu tədris Azərbaycan dilində olan siniflərdə Azərbaycan dili və ədəbiyyat, tədris rus dilində olan siniflərdə rus dili və ədəbiyyat müəllimləri, "İqtisadiyyatın əsasları” fakültativ kursu isə coğrafiya müəllimləri tərəfindən tədris olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol