• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın dəstəyilə ölkənin ən böyük Azərbaycan dilli audiokitab toplusu yaradılır

“Nar”ın dəstəyilə ölkənin ən böyük Azərbaycan dilli audiokitab toplusu yaradılır
01.06.2021 13:45
"Nar” ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə "Canlı kitab” sosial layihəsini davam etdirir. "Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatından seçmə nümunələr "YouTube” platformasında cəmləşdiriləcək. Qeyd edək ki, "Canlı kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından seçilmiş 135 əsər ana dilimizdə audiokitablar şəklində artıq "YouTube” səhifəsində yerləşdirilib. Yüksəksürətli "Nar” mobil interneti vasitəsilə istənilən yerdən onlayn kitabxanadan rahatlıqda istifadə etmək olar. 


Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək "Radio Antenn” 101 FM dalğasında, eyni zamanda radionun və "Canlı kitab” verilişinin rəsmi "Facebook” səhifələrində canlı yayımlanacaq, daha sonra antenn.az və "YouTube” səhifəsində yerləşdiriləcək.


Qeyd edək ki, "Canlı Kitab” layihəsi həmçinin görmə qabiliyyəti məhdud olan insanların da dünyasına işıq salır. Belə ki, layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara  paylanması nəzərdə tutulur. 


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol