• $
  • €
  • ₽
  • ₺
  • £

Tullantıları ev aksesuarlarına çevirən qadın-FOTOREPORTAJ

Tullantıları ev aksesuarlarına çevirən qadın-FOTOREPORTAJ
23.10.2021 17:55
15 ildən çoxdur əl işləri hazırlayan Aygün Dünyamalıyevanın Naxçıvan Muxtar Respublikasında "Xan sarayı" adlanan tarixi-memarlıq muzeyində və MR-nın Əshabı kəndində dükanı var. O, ağacların qozalarından, balıqqulağı, köhnə qutulardan  və s istifadə etməklə müxtəlif əşyalar hazırlayır və əcdadlarından indiki nəsilə qədər gəlib çatan bu sənəti yaşadır. Dünyamalıyevanın hazırladığı əl işləri turistlərin də marağına səbəb olur. 

" Gördüyünüz bu aynanı ağac qozalarından hazırlamışam.  Əvvəlcə qozaların qanadlarını qırıb müəyyən formaya salaraq ləçək düzəltmişəm. Həmin ləçəklər tovuzquşunun qanadlarını xatırladır. Tovuzquşu isə gözəllik rəmzi sayılır. Bu aynam da sizin gözəlliyinizi özündə əks etdirir. Bundan başqa, aynanın hazırlanmasında çərçivə, şüşə qırıntılarından da istifadə etmişəm. Aynanın üst hissəsindəki dekoru isə evdə partlamış su qızdırıcının qırıntılarından düzəltmişəm", - deyə Aygün Dünyamalıyeva bildirdi. 
 


Onun sözlərinə görə, nəinki qozalardan, həmçinin balıqqulağı, lazımsız parçalar, müxtəlif bankalardan da ev aksesuarları hazırlayır. 

"Əl işlərimin demək olar hamısını tullantılardan hazırlayıram. Tullantıları bir araya gətirib onlara yeni həyat verirəm. İçində müxtəlif ərzaqlar satılan bankalar, balıqqulağılar, kağızlar,qozalar mənim əsas xammal materialımdır. Məsələn, marketlərdə satılan şokolad bankalarından müxtəlif dekorlu qaşıq-çəngəl yığmaq üçün qab hazırlayıram.

Bir dəfə evdə istifadə olunmayan parça qırıntılarından xalça toxumuşdum. Bir tanışım vardı dərzi işləyirdi. Ondan xahiş etmişdim ki, istifadə etmədiyi parçaları mənə versin. Həmin parçalardan kiçik xalçalar toxudum. 

Yaxud dənizə gedirəmsə, mütləq çoxlu balıqqulağı yığıram. Düzəltdiyim əl işlərindən  həm öz evimdə aksesuar kimi istifadə edirəm, həm də sataraq pul qazanıram",
- deyə Aygün Dünyamalıyeva bildirdi. 
 



Dünyamalıyevanın sözlərinə görə, əl işlərinin qiyməti onun hazırlanmasına  sərf etdiyi əmək və materialların dəyərindən  asılı olur.

"Gördüyünüz güzgünün qiyməti 100 manatdır. Ən bahalı əl işimin qiyməti isə 300 manata kimi dəyişir.

Aylıq gəlirim pandemiyadan sonra demək olar 2-3 dəfə azalıb. Hazırda da satışımız azdır. Elə vaxt olur, aylıq gəlirim 500 manata çatır, elə vaxt da olur 100 manat güclə qazanıram.
 


Düşünə bilərsiniz ki, əldə etdiyim materiallar tullantılardır, elə də çox maddi vəsait tələb etmir. Amma hazırladığım əl işlərinə əmək sərf edirəm. Əllərimin və gözlərimin nurunu onlara verirəm. Bir aksesuarın hazırlanması bəzən həftələr ala bilir".

Aygün xanım söyləyir ki, keçirdiyi sərgilər zamanı daha çox əl işi satır. Sərgilərə istər Naxçıvandan, istər Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən  qonaq gəlirdi. Onun sözlərinə görə, həmin sərgiləri Naxçıvanda əsasən Ailə, qadın və uşaq komitəsi təşkil edir.  Ən böyük sərgisi 2018-ci ildə təşkil edilib.  2020-ci ildən bəri isə sərgi keçirilməyib.

Aygün Dünyamalıyeva  "Şlyapalı qız" adlandırdığı aynanı  özünün ən böyük əl işi adlandırır. 

"Qozalardan hazırladığım ilk ən böyük əl işim bu ayna olub. "Şlyapalı qız"ı yaradanda əvvəlcə qozaların ləçəklərini hazırladım. Daha sonra qızın üzərindəki paltarın eskizini çəkməyə başladım. Bu güzgüyə baxanda özümü, gəncliyimi görürəm. Hər dəfə o güzgüdə faydalı bir qadını görürəm.

İstəyirəm, qadınlarımız da evlərini gözəllik diyarına çevirsin. Məsələn, uşaqlarının yediyi şokoladın və ya qatıq bankalarından sadə bəzəkli bir qab hazırlayıb mətbəxlərinə qoysalar, özünü nə qədər dəyərli hiss edəcəyini təsəvvür belə edə bilməzlər. Kimdənsə asılı qalmamaq və özünü faydalı hiss etmək  sadəcə, bizim əlimizdədir", deyə Aygün Dünyamalıyeva vurğuladı. 

 

Samirə Əli
 
İSTİQAMƏT:6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol