• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi vəzifəlilər təlim toplanışı üçün hərbi hissəyə qəbul olunub - Video

Hərbi vəzifəlilər təlim toplanışı üçün hərbi hissəyə qəbul olunub - Video
26.10.2021 20:01
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumata görə, təlim toplanış məntəqəsinin qərargahında hərbi vəzifəlilərin müvafiq qeydiyyatı aparıldıqdan və həkim müayinəsindən keçirildikdən sonra onlar hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.  

Sonra toplanışa cəlb olunan heyət üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

Hərbi hissənin sıra meydanında xüsusi təyinatlıların nümunəvi çıxışları hərbi vəzifəlilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, təlim toplanışının keçirilməsində əsas məqsəd ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Toplanışda hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyəcəklər.
 

 
 







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol