• $
  • €
  • ₽
  • ₺
  • £

Əfqan ailə yeni doğulan qızlarını 500 dollara satdı - Video

Əfqan ailə yeni doğulan qızlarını 500 dollara satdı - Video
26.10.2021 21:34
Əfqanıstanda valideynlər yeni doğulan qızlarını naməlum şəxsə 500 dollar qarşılığında satıblar.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Bi-bi-si” məlumat yayıb. Onlar bunu ailəni aclıqdan xilas etmək üçün etdiklərini deyib. Alıcı bildirib ki, o, yeni doğulan qız uşağı alıb tərbiyələndirmək, gələcəkdə isə öz oğlu ilə evləndirmək istəyir. Bunun qarşılığında 250 dollar avans belə verib. Valideynlər pulun qalanını qızları yeriməyə başlayanda alacaqlar və uşağı həmin şəxsə təhvil verəcəklər. 

"Digər uşaqlarım acından ölürdü. Ona görə qızımı satmalı olduq. Əlbəttə, kədərlənirəm. O, mənim körpəmdir. Ondan ayrılmaq istəməzdim”, - deyə qızın anası danışıb. Uşağın atası ailəni zibil yığmaqla dolandırdığını və başqa seçiminin qalmadığını deyib: 

"Biz acıq. İndi evdə nə un var, nə də yağ. Heç nəyimiz yoxdur. Qızım gələcəyinin necə olacağını anlamır. Daha sonra onu satmağımıza necə reaksiya verəcəyini bilmirik, ancaq bunu etməli idik”.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol