• $
  • €
  • ₽
  • ₺
  • £

“Yol polisi onu çəkdiyim üçün məni döydü” - VİDEO

“Yol polisi onu çəkdiyim üçün məni döydü” - VİDEO
18.11.2021 11:05
Sumqayıt şəhər sakini Ramin Xanalıyev YPX əməkdaşı oxu saxladığı zaman telefonla çəkiliş etdiyi üçün yol polisi tərəfindən döyüldüyünü iddia edir.

"Qafqazinfo”ya müraciət edən R.Xanalıyevin sözlərinə görə, yaşadığı Sumqayıt şəhərində son aylarda dəfələrlə əsassız yerə saxlanılıb.

Vətəndaş deyir ki, artıq bu, ənənə halını alıb: "Yol polisləri məni ailəmlə harasa gedəndə belə saxlayıb qanundankənar formada sorğu-sual edirlər. Sonuncu dəfə noyabrın 6-da Sumqayıtın əşya bazarı adlanan hissəsində "Mazda SX-8” markalı 50 BO 555 nömrəli avtomobili idarə edəndə yenə yol polisləri məni saxladılar. Elçin adlı əməkdaş mənə yaxınlaşıb qeyri-prosessual olaraq "səni hardansa tanıyıram” dedi, daha sonra mənim özlərinin xidməti avtomobilində oturmağımı tələb etdi. Mən də bu tələbin qanunsuz olduğunu deyərək onların maşınına keçmədim. Bir neçə dəqiqə sonra polis zabiti təkrar mənə yaxınlaşaraq özünün əslən Qubadlı rayonundan olmasını dedi və mənim haradan olmağım barədə sual verdi. Mən ondan qeyri-prosessual hərəkətlərə yol verməməsini xahiş etdim.

Bundan sonra o, səndələmə, aşma, nitq qabiliyyətimi itirmə, spirt qoxusu və s. əlamətlər olmadığı halda, məni sərxoşluğun müayinə olunması üçün tibbi müəssisəsinə aparacağını dedi. Mən də artıq polis əməkdaşlarının qanunsuz əməllərindən, özbaşınalığından təngə gəlib bu halı videoya qeyd etmək üçün telefonumla çəkilişə başladım.

Bu vaxt YPX-nin Elçin adlı əməkdaşı gəlib mənim maşınımda öndə oturdu və telefonda olan videonu silməyimi tələb etdi. Mən silməyəcəyimi deyəndə boyun və baş nahiyəmə zərbələr endirərək məni döyməyə başladı. Telefonumu zor gücü ilə əlimdən almağa çalışırdı. Bu qarşıdurmadan sonra mən əsəbiləşərək onlara israrla tibbi müayinədən keçmək istədiyimi dedim, amma yol polisləri xidməti maşınlarına minib ərazidən uzaqlaşdılar”.

R.Xanaliyevin sözlərinə görə, bundan sonra təcili tibbi yardıma müraciət edib və ona sağ boynun yumşaq toxumlarının əziyi və birincili essensial hipertenziya diaqnozu qoyulub: "Sumqayıt Şəhər Yol Polisi Şöbəsinin əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məni döyüb xəsarət yetiriblər. Eyni zamanda, mənə maddi və mənəvi zərər vurublar. Hadisə ilə bağlı Sumayıt Şəhər Prokurorluğuna müraciət edərək faktla bağlı yoxlama aparılmaqla prosessual qərar qəbul edilməsini xahiş etmişəm. Eyni zamanda, polis zabitlərinin Sumqayıt şəhərində dövlət idarələri ilə yaxın münasibətləri olması və qərara təsir edə biləcəklərini nəzərə alaraq, Bakı şəhərində məhkəmə-tibb ekspertizasından keçirilməyimi xahiş etmişəm”.

Baş Prokurorluqdan "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol