• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Cənubi Qafqazın ən böyük Baytarlıq Klinikası açıldı - Fotolar

Bakıda Cənubi Qafqazın ən böyük Baytarlıq Klinikası açıldı - Fotolar
28.12.2021 19:22
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakının Nizami rayonunda həm ərazisinə, həm də müasir avadanlıqlarla təchizatına görə Cənubi Qafqazda ilk olan Baytarlıq Klinikasının açılışında iştirak edib.

Anews.az  xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Baytarlıq Klinikası müasir standartlara uyğun inşa olunub.

Tanışlıq zamanı kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib ki, institutun ərazisində yerləşən və 1000 kvadratmetr ərazini əhatə edən klinikada ev heyvanları ilə yanaşı, kənd təsərrüfatı heyvanlarının da müayinə-müalicəsi aparılacaq. Cənubi Qafqazda ilk dəfədir ki, belə böyük ərazisi olan, müasir avadanlıqlarla təchiz edilən Baytarlıq Klinikası istifadəyə verilir.

Baytarlıq Klinikasında özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışacaq. Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də, ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Bildirilib ki, Prezident tərəfindən "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 22 aprel tarixli Fərman imzalanıb. Fərmanın icrası ilə əlaqədar baytarlıq sahəsində institusional dəyişikliklər həyata keçirilir. Belə ki, dövlət sifarişi əsasında baytarlıq xidməti göstərən sahə baytarlıq məntəqələri mütəxəssislərinin gələcək fəaliyyətləri müqavilə əsaslı olmaqla, özəl baytarlıq xidmətinə keçidlə əvəzlənəcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva pişik üzərində cərrahiyyə əməliyyatını izləyib.

İkinci səviyyəli Biotəhlükəsizlik Elmi-Tədqiqat Diaqnostik Laboratoriyası, üçüncü səviyyəli Biotəhlükəsizlik Laboratoriyası, diaqnostikum və serum istehsalat şöbəsinin fəaliyyət göstərdiyi, müasir avadanlıqlarla təchiz olunmuş Baytarlıq Klinikasında özəl xidmətə keçən baytarlıq mütəxəssisləri bilik və bacarıqlarını artıra, müalicə-profilaktika sahəsində yeni və müasir biliklərdən yararlana biləcəklər. Bununla yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin gənc kadrlardan ibarət məzunlarının da klinikada öz bilik və bacarıqlarını daha da təkmilləşməsinə şərait yaradılacaq.

Baytarlıq Klinikası ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
 

























www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol