Marixuana çəkib qaydaları pozan sürücü həbs edildi - Foto

Ağdam rayon sakini Cahid İsmayılovun idarə etdiyi "Mersedes” markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb.


www.anews.az
"Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.
C.İsmayılov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib























