• $
  • €
  • ₽
  • ₺
  • £

Ağır xəstəyə məcburi ərizə yazdırılıb - ŞİKAYƏT

Ağır xəstəyə məcburi ərizə yazdırılıb - ŞİKAYƏT
19.04.2022 21:58
Vüqar Abbasov ağır xəstə olduğu üçün  ölümündən bir müddət əvvəl ona məcburi ərizə yazdırıb işdən çıxardıblar. Bunu anews.az-a müsahibəsində qardaşı İlqar Abbasov bildirib.

Azərbaycanda sonuncu statistikaya görə, qeydiyyatda 54 403 nəfərdən çox  onkoloji xəstə olub. Vüqar Abbasov da 2 il 6 ay onkoloji xəstəlikdən əziyyət əziyyət çəkib.

İlqar Abbasov bildirir ki, 1 ay əvvəl yatağa düşən qardaşı 3 gün əvvəl vəfat edib. 

"Qardaşım Vüqar Abbasov "Qaz İxracı" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsində işləyirdi.  6 ay idi ki, bülleten götürmüşdü, müalicə alırdı. Həmin dönəmdə işlədiyi müəssisədən bir nəfər də olsa gəlib işçisi ilə maraqlanmayıb.  Bülletenin vaxtı bitdiyi ərəfədə deyirdilər ki, gəlsin işə. Biz də izah etdik ki xəstədir, gələ bilmir.  martın 30-da da bu müəssisənin  Nuru adlı kadrlar şöbəsinin əməkdaşı  Vüqar Abbasovun evinə gələrək, ağır yataq xəstəsi olan işçiyə təzyiq edərək , ona məcburi işdənçıxma ərizəsi yazdırıb. Hətta qardaşım kövrəlib, ağlayıb ki, işdən çıxmaq istəmirəm. Yenə də ona qulaq asan olmayıb. Yataqdan güc ilə qaldırıb ərizə yazdırıblar. Qardaşımın sağalmaq ümidini də bu hadisə ilə yox ediblər", - o dedi. 

İlqar Abbasov qardaşının qanunsuz şəkildə işdən çıxarıldığını iddia edir, səbəbkarların cəzalanmasını tələb edir.
 
Nuru adlı idarə əməkdaşı ilə əlaqə yaratmaq istəsək də mümkün olmadı.
 
"Qaz İxrac” İdarəsinin İnsan resursları şöbəsinin rəisi Mahir Qarayev isə məsələ ilə bağlı şikayət yazan hüquq müdafiəçilərinə bildirib ki, işə çıxa bilməməsi ilə bağlı sənəd təqdim etməyib.
 
Astara Magistral Qaz Kəmərləri Sahəsində (MQKS) işləmiş mərhum Vüqar Məzahir oğlu Abbasov barədə təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrində qeyd olunduğu kimi, xəstəlikdən əziyyət çəkmiş Vüqar Abbasov 2021-ci ilin 15 sentyabrından fasiləsiz olaraq işə çıxa bilməyib. Mərhum barədə təqdim edilmiş sonuncu əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, əmək qabiliyyətinin  2022-ci il martın 7-dən 14-nə kimi müddətdə itirildiyi təsdiq olunur. Lakin iş günləri sayılan 15-18 mart tarixinədək olan müddət üçün Vüqar Abbasov  əmək qabiliyyətinin olmaması vərəqəsini  təqdim etməyib. Eyni zamanda, mərhum Vüqar Abbasov iş günləri olan 28 və 29 mart tarixlərində də işə çıxmamış və bu barədə heç bir sənəd təqdim etməmişdir. Astara MQKS tərəfindən Vüqar Abbasovla bağlanmış əmək müqaviləsinə onun və ailə üzvlərinin xahişini nəzərə alaraq  2022-ci il martında 29-da Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə uyun olaraq işçinin öz təşəbbüsü ilə 30 mart 2022-ci il tarixindən xitam verilib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyevin açıqlamasına görə, Vüqar Abbasov xəstəliyi ilə əlaqədar 5 gün işə çıxmasa da Əmək Məcəlləsinin 72-ci maddəsinin bəndinə əsasən o işdən çıxarıla bilməzdi.

"Abbasovun bir neçə günlüyə işə çıxmaması xəstəliyi ilə əlaqədar üzrlü səbəbdən olub. Belə ki, qurum əməkdaşının onun evinə gələndə onun yataq rejimində olduğunu görüb və qısa müddət sonra vəfat etməsi də bunu təsdiq edir. Digər məsələ, ərizə yazmaqla işdən azad olmaq hüququ işçiyə məxsusdur, işəgötürənə deyil, bu işçinin müstəsna hüququdur. Əmək Məcəlləsinin 69-cu maddəsi ilə. Zor və təzyiqlə işçiyə ərizə yazdırmaq qadağandır, bu təzyiq də evində sizin işçi Nuru tərəfindən edilib. Əmək Məcəlləsinin 69.7-ci maddəsi ilə qadağadır. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə uyğun olaraq, işçi ərizə verdikdən 1 ay sonra işdən azad oluna bilər. İşdən azad olması barədə , yəni ərizə yazdığı gün, heç bir əsas olmayıb. Nazirlər Kabinetinin 189 saylı qərarını və işçinin ağır yataq xəstəsi olması nəzərə alınmaqla bir neçə gün gözləmək də olardı", - o bildirdi.
 
Hüquqşünas bildirir ki, Vüqar Abbasov işdən çıxarılmasaydı, vurulan mənəvi zərərdən savayı işçinin ailəsi ən azından 3 aylıq əmək haqqı məbləğində müavinət alacaqdı.
 
Hüquq müdafiəçiləri Vüqar Abbasovun işdən çıxarılması ilə bağlı Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Zahir Rzayevə müraciət ünvanlayaraq məsələyə düzgün hüquqi qiymət verilməsini tələb edir.
 
Ləman Qasımova




Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol