• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb

Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb
12.05.2022 10:42
2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir. Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır.

Bu layihənin təqdim edilməsindən 2 il keçməsinə baxmayaraq artıq əhaliyə 200 milyon manat vəsait geri qaytarılıb ki, bu göstəricinin 125 milyonu manatı Birbank istifadəçilərinin payına düşür. Bundan başqa 2 il ərzində qaytarılan çek sayı 500 milyon olub ki, bu göstəricinin də 350 milyonu Birbank vasitəsilə həyata keçirilib. 

Məlumat üçün bildirək ki, əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı Kapital Bank və Birbank oldu. İstifadənin daha rahat olması üçün Birbank-ın "Bonuslar” hissəsində "ƏDV geri al” bölməsi yaradıldı. Bununla da Birbank-ın QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkündür. 

Bundan başqa virtual "pul qabı”na yerləşdirilən vəsaiti Birbank vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də Birbank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir. 

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya Birbank-a müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabinet və ya Birbank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər. Həmçinin BirKart ƏDV kartı ilə müştərilər əməliyyat apararkən 2 qat ƏDV bonusu qazanırlar. Bunun üçün yeni kartı Birbank-da qeydiyyat etmək və nağdsız ödənişlər həyata keçirmək kifayətdir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol