• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”dan sərfəli rouminq: Pulsuz WhatsApp yazışma

“Nar”dan sərfəli rouminq: Pulsuz WhatsApp yazışma
15.08.2023 16:24
Abunəçiləri üçün istənilən yerdə fasiləsiz ünsiyyəti təmin edən "Nar” yay tətilini xaricdə keçirən müştəriləri üçün sərfəli rouminq paketləri təqdim edir. Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə təqdim olunan 4 rouminq paketindən yararlanmaq üçün səfərə çıxmazdan əvvəl rouminq paketlərindən birini sifariş etmək kifayətdir. İstədiyiniz ölkəyə uyğun istənilən rouminq paketini "Nar+” tətbiqində Xidmətlər>Paketlər>Rouminq bölməsindən çox rahat şəkildə sifariş edə bilərsiniz.
 
İstifadəçilər üçün unikal seçimlər təqdim edən "Nar”ın "Rouminq 9” paketi abunəçilərə 500 MB internet, "Rouminq 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, "Rouminq 18” paketi 1 GB internet,  "Rouminq 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, "Rouminq 18” və "Rouminq 28” paketlərində "WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.


Müştərilərin rahatlığını artırmaq üçün sifariş edilən paket daxilində balansı yoxlamaq isə *777#20#YES yığmaq qədər sadədir.  "Rouminq 9”, "Rouminq 15” paketlərinin istifadə müddəti 5 gün, "Rouminq 18” və "Rouminq 28” paketlərinin istifadə müddəti isə 15 gündür. Rouminq xidməti haqqında bütün məlumatları nar.az/abroad bölməsindən əldə edə bilərsiniz. 
 
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol