• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Rebuild Karabakh”a dəstəkdir

Azercell “Rebuild Karabakh”a dəstəkdir
18.10.2023 16:13
Lider mobil operatorun Baş sponsorluğu ilə keçirilən "Rebuild Karabakh” sərgisinin məqsədi işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə diqqət cəlb etməkdir


19-21 oktyabr tarixlərində "Azercell Telecom”un baş sponsorluğu ilə 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - "Rebuild Karabakh” sərgisi baş tutacaq. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. 

Sərgiyə həsr olunmuş mətbuat konfransında çıxış edən "Azercell Telekom” MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya bildirib ki, şirkət  Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran "Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 125 baza stansiyası fəaliyyət göstərir: ”Cənab prezident bir neçə gün öncə Xankəndində Azərbaycan bayrağını yüksəltdi. Ondan öncə isə "Azercell” işğaldan azad edilmiş bir çox ərazilərində olduğu kimi Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Sərsəng su anbarı ərazisində  mobil şəbəkəsini işə saldı. Biz "Böyük Qayıdış Proqramı” çərçivəsində doğma torpaqlarına geri dönən vətəndaşlarımıza xidmət göstərməkdən qürur duyuruq.
 
"Azercell” Şuşa şəhəri də daxil olmaqla, Qarabağda müştəri xidmətləri mərkəzini  və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur. Şirkətin birinci rəsmi diler mağazası isə "ağıllı kənd” konsepsiyası ilə tikilən Zəngilanın Ağalı kəndində istifadəyə verilib. Həmçinin "Azercell” ötən il Qarabağda "yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də "yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur.” 

"Azercell” işğaldan azad olunmuş torpaqlarda yeni nəsil şəbəkənin genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin edilməsi istiqamətdə işlərini davam etdirir.

Sərgi haqqında ətraflı məlumatı www.rebuildkarabakh.az rəsmi internet saytından əldə etmək mümkündür.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol