• $
  • €
  • ₽
  • ₺
  • £

Son 4 ildə büdcə proqnozları özünü doğrultmur - Vüqar Bayramov

Son 4 ildə büdcə proqnozları özünü doğrultmur - Vüqar Bayramov
17.11.2023 12:11
Son 4 ildə büdcə proqnozları özünü doğrutmur. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 
 
O bildirib ki, proqnozlaşma metodologiyasının hazırlanmasına ehtiyac var. 
 
"Son 4 ildə biz bu proqnozların özünün doğrultmadığının görürürük. Proqnozların təkmilləşdirilməsinə ehtiyac var. Neft sahəsində azalmanı proqnoz etmək çətin deyil. Proqnozlaşma metodologiyasının hazırlanmasına ehtiyac var. Orta müddətli xərclərlə bağlı atılan addımlar təqdirəlayiqdir", - deputat noyabrın 17-də Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında söyləyib.
 
Vüqar Bayramov bildirib ki, 2019-cu ildən sonra kommunal xərclərdə 2 dəfə artım var. Buna görə də müharibə iştirakçılarına verilən müavinətlərdə kommunal xərclərin artırılmasını nəzərə almaq lazımdır. 

"Kommunal xərclərlə bağlı 2019-cu ildə sonra 2 dəfə artım baş verib. Kommunal xərclər artırsa müavinətlər artırılmasına ehtiyac var. Müharibə iştirakçıların bu xərcləri nəzərə alıb müavinətin artırılmasına ehtiyac var", - deputat vurğulayıb. 
 
Deputat bank xidmətlərində tariflər 2 dəfəyə artığını qeyd edib. 


"Son dövrlər bank xidmətlərində tariflər artırılır. SMS tarifi artırılır. Bəzi banklarda bu xidmətlər 2 dəfə artırılacaq. Banklardan birindən sms aldım ki, müştəri mədaxili zamanı kredit ödənişləri ilə bağlı milli ön vasitəsilə ödəniş həyata keçirirsə ödənişlərin xərcsiz hissəsi məhdudlaşdırılacaq. 0,5 xidmət haqqı faiz  tutulacaq", - deputat söyləyib. 
 
Deputat təklif edib ki, sosial kartlarda nağdlaşdırma zamanı tutulan faiz ləğv edilsin.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol